Məhkəmə qərarları › İş №3(073)-960/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-960/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-960/2025 06.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Cəbrayılov oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11, Zərərçəkmiş şəxs (tələbkar) X6, Zərərçəkmiş şəxs (tələbkar) X2 nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X7 iştirakları ilə xx.xx.1979-cu ildə Cəlilabad rayonunun Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Nağıyev X3 rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(073)-1921/2023 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1980/2023 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 1851/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2395/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3383/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-151/2025 saylı və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-337/2025 saylı icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X17 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1921/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 499.9 manat əsas borc, 74.9 manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 169.4 manat əsas borc, 25.4 manat cərimə cəmi 769.6 (yeddi yüz altmış doqquz manat altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1980/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2000 (iki min) manat pul və 56 (əlli altı) manat dövlət rüsumu alınaraq iddiaçı X9, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1851/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs borca görə 5180 (beş min bir yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71.80 (yetmiş bir manat səksən qəpik) manat alınıb iddiaçı X1, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X12 müştərək qaydada 12720 (on iki min yeddi yüz iyirmi) manat pul və 129 manat dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs və X12 müştərək qaydada 26700 (iyirmi altı min yeddi yüz) manat pul və 171 manat dövlət rüsumu alınıb iddiaçı X10, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2395/2024 saylı icra vərəqəsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanılmış 04 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti olan mallar cavabdehdən alınaraq iddiaçıya verilsin, həmin mallar olmadığı halda isə onların dəyəri 4220 manat, 100 (bir yüz) manat cərimə olmaqla cəmi 4320 (dörd min üç yüz iyirmi) manat pul və 62.20 (altmış iki manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı X5, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 3383/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs Şəxs 2776 manat əsas borc, 277 manat faiz borcu, ümumilikdə 3056 (üç min əlli altı) manat borc, 47.40 (qırx yeddi manat qırx) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət xidmət haqqı tutularaq "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-151/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5100 (beş min bir yüz) manat borc və 71 (yetmiş bir) manat dövlət rüsumu alınaraq iddiaçı X13 və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-337/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 52000 manat pul və 246.40 manat dövlət rüsumu alınıb iddiaçı X8 verilməlidir. İcra vərəqələri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Borclu icra sənədləri üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək bildirdi ki, işləmədiyi və maddi imkanı olmadığına görə icra sənədləri ilə müəyyən edilmiş borclarını ödəyə bilməmişdir. İmkanı olanda icra sənədləri üzrə borcunu ödəyəcək. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X16 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Borclunun ona 26 min manat borcu var. Şəxs dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin o, borcunu ödəməkdən yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir və həbs edilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X2 nümayəndəsi X14 verdiyi izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 2(073)-2395/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 4320 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 62.20 manat alınaraq ona verilməlidir. Lakin Şəxs müxtəlif bəhanələrlə ona olan borcunu ödəməkdən yayınmışdır. Hazırda Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə işə digər zərərçəkmiş şəxslərin (tələbkarların) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxslərin və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1980/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2000 manat pul və 56 manat dövlət rüsumu alınaraq tələbkar X9 verilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1921/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 769.6 manat pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3383/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3056 manat pul, 47.4 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1851/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 5180 manat pul və 71.8 manat dövlət rüsumu alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2395/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 4320 manat pul və 62.20 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 151/2025 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 5100 manat pul və 71 manat dövlət rüsumu alınaraq tələbkar X13 verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-337/2025 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 52000 manat pul və 246.4 manat dövlət rüsumu alınaraq tələbkar X8 verilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 26700 manat pul və 171 manat dövlət rüsumu alınaraq tələbkar X10 verilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 12720 manat pul və 129 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(073)- 432/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İşdə olan 18 aprel 2025-ci il tarixli “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi” barədə qərardan görünür ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1921/2023 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1980/2023 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 1851/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2395/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3383/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-151/2025 saylı və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-337/2025 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 06 avqust 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar