Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-961/2023 27.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsinin baş əmək müfəttişi X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayətə baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara- Regional Şöbəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsinin baş əmək müfəttişi X3 tərəfindən tərtib olunmuş 12 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, işəgötürən X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itrilməsi hallarında icbari sığortalanmasının tələblərinə əməl etməmişdir. Şikayət verən şəxs X8 ərizəsini əsaslandıraraq göstərmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən 15 sentyabr 2023cü il tarixli, MN ******* saylı qərarı ilə İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən 31 may 2023-cü il tarxli, 15 sentyabr 2023cü il tarixli, MN ******* saylı qərarı ədalətli olmasmış və inzibati xətalar məcəlləsinə zidd olmuşdur. Belə ki, X10 Xidməti Lənkəran-Astara şöbəsi işçilərin icbari sığorta edilməsi barədə hər hansı bir rəsmi məlumat verməmişlər, protokol tərtib olunan zaman iştrakının təmin edilməsi üçün məktubun gec göndərilməsi nəticəsində hüquqları pozulmuş və barəsində protokol tərtib olunan zaman İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa barəsində inzibati xəta haqqında protokol tərtib olunan zaman İXM-nin 100.1.7 və 100.2-ci maddəsində göstərilən tələblər, yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə vaxtında məlumat verilməmiş, inzibati xəta haqqında hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən 31 may 2023-cü il tarxli, 15 sentyabr 2023cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsinin baş əmək müfəttişi X9 bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsinin baş əmək müfəttişi X3 tərəfindən tərtib olunmuş 12 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itrilməsi hallarında icbari sığortalanmasının tələblərinə əməl etməmişdir. Yəni işə götürülən şəxsin icbari sığortası ödənilməmişdir. Ona görə ona bildiriş göndərilmiş inzibati xəta haqqında protokola baxılması vaxtı bildirilmiş, lakin X8 protokolun baxılmasında iştrak etməmiş, nəticədə şəxs barəsində müvafiq qərar qəbul edilmişdir. X1 barəsində Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsinə dair 15 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qəbul edilmişdir. Həmin qərar qanuni və əsaslıdır, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikaı İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara- Regional Şöbəsi tərəfindən göndərilmiş bildirişdən görünür ki, 12 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması 15 sentyabr 2023-cü il tarixdə saat 16:00-a təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən 15 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X8 İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsi tərəfindən X4 barəsində qanunamüvafiq qərar qəbul olunmuşdur. X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara-Regional Şöbəsinin tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şikayət verən şəxs X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Lənkəran Astara- Regional Şöbəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-961/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-961/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver