Məhkəmə qərarları › İş №3(073)-965/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-965/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-965/2025 11.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hakim köməkçisi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 09 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 2025-ci ilin iyul ayı ərzində “tik-tok” sosial şəbəkəsində X1 fotoşəkillərini paylaşaraq barəsində nalayiq ifadələr işlətmişdir və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Məmmədov Rəfail onun keçmiş qaynatası, Arzu Məmmədova isə onun keçmiş arvadıdır, hazırda onlar rəsmi olaraq boşanmışlar. Onların birgə mülkiyyətində olmuş ev birgə razılıqları əsasında satılsa da evin pulunu onunla bölmədikləri üçün o, Məhkəmə qaydasında pulu tələb etmiş 28000 manata satılan evin 14000 manat ona qaytarılması barədə məhkəmə qərar vermiş və icra mərhələsində ona 1000 manat pul verilmiş qalan 13000 manat borc qalmış, sonradan ona 5000 manat da pul verilmiş qalan 8000 manat pulu vermirlər. Bundan sonra yas mərasimnə başları qarışq olduğu üçün ondan 2 ay vaxt istəmişlər və bunun üçün icra şöbəsinə borcun ödənilməsi barədə ərizə verməsini ondan xahiş etmişlər. O da onları başa düşərərk Cəlilabad rayon icra və probasiya şöbəsinə borcun tam ödənilməsi barədə ərizə vermişdir. Hazırda onun borcunu bu günə kimi qaytarmadıqları üçün keçmiş qaynatası olan Rəfail Məmmədovun telefonuna zəng vuraraq pulunu ödəmədiyi üçün nalayiq ifadələr işlətmişdir. Bundan başqa 2025-ci ilin iyul ayı ərzində “tik-tok” sosial şəbəkəsində X1 fotoşəkillərini paylaşaraq barəsində nalayiq ifadələr işlətdiyi üçün Cəlilabad RPŞ-nın əməkdaşları onun RPŞ-nə gətirmişlər o da əsəbi olduğu üçün orda ücadan ünvansız nalayiq ifadələr işlətmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Cəlilabad RPŞ-nin inzibati binasında xidməti otaqda olarkən RPŞ-nin İTB-nin rəisi polis mayoru Nicat Hüseynovun xidməti otağında bir nəfər şəxsin səs-küy salarq ucadan nalayiq ifadələr işlətməsini eşitmiş, xidməti otağa daxil olan zaman RPŞ-nin İTB-nin rəisi polis mayoru Nicat Hüseynovun və RPŞ-nin xidmət üzrə rəisi müavini polis polkovnik-leytenantı Cavid Məmmədov həmin şəxsi nizam intizama dəvət edib bu hərəkətlərə son verməsini bildirsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdirmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs öz hərəkətlərini 10-15 dəqiqə müddətində davam etirib onların qanuni tələblərinə qəstən tabeh olmamışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:05-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar