Məhkəmə qərarları › İş №3(073)-97/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-97/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-97/2023 07.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştrakı ilə, Şəxs – xx.xx.1982-ci ildə Cəlilabad rayonu, Göğytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Masallı rayon məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(020)-211/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın saxlanılmsı üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahatında göstərdi ki, Masallı rayon məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(020)-211/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın saxlanılmsı üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanın zəif olduğunu bildirərək borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs hal-hazırda Masallı rayon məhkəməsi tərəfindən çıxarılmış icra vərəqələri üzrə 960 manat tələbkar X2 borcu qalmışdır. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Masallı rayon məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(020)-211/2020 saylı icra vərəqəsinə əsasən ondan bir uşağın saxlanılmsı üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınıb tələbkar X2 verilməlidir. Hazırda 960 manat tələbkar X2 borcu qalmışdır, borcunun yaranma səbəbi işləməməsi olmuşdır. Hal-hazırda həmin borcu ödəməyə imkanı yoxdur. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar