Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-97/2024 13.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Həhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 11328706 saylı, 21.102022-ci il tarixli, EQ ********* saylı, xx.xx.2022-ci il tarixli, EQ 12257998 saylı, xx.xx.2023-cü il tarixli, EQ 13026418 saylı, xx.xx.2023-cü il tarixli, EQ 13230174 saylı, xx.xx.2023-cü il tarixli, Eq 14093788 saylı, xx.xx.2023-cü il tarixli EQ 14740953 saylı və xx.xx.2023-cü il tarixli, EQ 16874715 saylı qərarlarının ləğv edilməsinə dair şikayət ərizəsinə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin tənbeh vermə haqqında qərarlarının ləğv edilməsinə dair şikayət ərizəsi daxil olmuşdur. Cəlilabad Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 11328706 saylı, 21.102022-ci il tarixli, EQ ********* saylı, xx.xx.2022-ci il tarixli, EQ 12257998 saylı, xx.xx.2023-cü il tarixli, EQ 13026418 saylı, xx.xx.2023-cü il tarixli, EQ 13230174 saylı, xx.xx.2023-cü il tarixli, Eq 14093788 saylı, xx.xx.2023-cü il tarixli EQ 14740953 saylı və xx.xx.2023-cü il tarixli, EQ 16874715 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin tənbeh vermə haqqında qərarlarının ləğv edilməsinə dair şikayət ərizəsini aidiyyət qaydalarına riayət etmədən vermişdir. Belə ki, şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 ünvanı Goranboy rayonu, N №li hərbi hissədir, lakin hazırkı şikayət ərizəsi Cəlilabad Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsaəsn inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətinə baxılması Cəlilabad rayon məhkəməsinin hakiminə aid olmadığından şikayət şəxsin yaşayış yeri üzrə Goranboy rayon Məhkəməsinə aidiyatı üzrə göndərilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 11328706 saylı, 21.102022-ci il tarixli, EQ ********* saylı, xx.xx.2022-ci il tarixli, EQ 12257998 saylı, xx.xx.2023-cü il tarixli, EQ 13026418 saylı, xx.xx.2023-cü il tarixli, EQ 13230174 saylı, xx.xx.2023-cü il tarixli, Eq 14093788 saylı, xx.xx.2023-cü il tarixli EQ 14740953 saylı və xx.xx.2023-cü il tarixli, EQ 16874715 saylı qərarlarının ləğv edilməsinə dair şikayətinə baxılması Cəlilabad rayon Məhkəməsinin hakiminə aid olmadığından şikayət şəxsin yaşayış yeri üzrə Goranboy rayon Məhkəməsinə aidiyatı üzrə göndərilsin. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-97/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-97/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver