Məhkəmə qərarları › İş №3(073)-970/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-970/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-970/2025 26.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 iştarkı ilə, Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 02 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair X7 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, Müəyyən etdi: X7 Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 02 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 02 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı ilə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında şikayətçi X7 izahatında göstərdi ki, 02 avqust 2025-ci il tarixdə, saat 11 radələrində Cəlilabad rayon ərazisində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı pay torpaqlarında payızlıq kartof bitkisi əkini ilə əlaqədar olaraq **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə həmin əraziyə gedərkən, əkin sahəsinə azca qalmış arxa güzgüdən bir yol-patrul xidməti avtomobilinin arxasınca gəldiyini görmüş. İki nəfərdən ibarət yol polisi əməkdaşları əkin sahəsində ona yaxınlaşaraq onun guya, yol hərəkəti qaydalarını pozmağını bildirmişlər və ondan həm onun özünün, həm də avtomobilin sənədlərini təqdim etməyini tələb etmişlər. O həmin sənədləri onlara təqdim etmiş və əlavə olaraq bildirmiş ki, o heç bir yol hərəkəti qaydalarını pozmamış və əlavə olaraq bildirmişdir ki, o, heç bir yol hərəkəti qaydalarını pozmamışdır. Onlara qanunsuz olaraq onun əməklə məşğul olmağına mane olmamalarını demişdir. Onlar isə ona bildirmişlər ki, o yol hərəkət qaydalarını pozmaqla yanaşı həm də narkotik və psixotrop maddə qəbul etmişdir. Onun etirazlarına baxmayaraq, yol polisinin həmin iki nəfər əməkdaşları onu və ona məxsus həmin avtomobili özləri ilə apardılar. Onlar avtomobili Cəlilabad rayon Polis Şöbəsinin cərimə meydançasına salmışlar, özünü isə tibbi müayinədən keçmək məqsədi ilə Lənkəran şəhərinə - narkoloji dispanserə aparmışlar. Dispanser həkimləri onun sidiyimdən nümunə götürərək laboratoriya analizi etmişlər və onun guya narkotik və psixotrop maddə qəbul etməyini müəyyən etmişlər. O, həkimlərə bildirmiş ki, heç bir narkotik maddə barəsində anlayışı yoxdur. Dispanser həkimləri isə onun sözlərinə məhəl qoymamış və onun guya narkotik maddə qəbul etməyi barədə sənəd tərtib etmişlər. Bundan sonra yol polisi əməkdaşları onu yol patrul postuna gətirmişlər, onun barəsində Azərbaycan Respublikası İnzİbatLXətalar Məcəlləsinin 333- 1.1. maddəsi ilə (narkotik və psixotrop maddələrin qəbul edilməsi) 600 (alt yüz) manat, həmin Məcəllənin 327.2. maddəsi ilə (yol hərəkəti qaydalarım pozma) 100 (bir yüz) manat, cəmi - 700 (yeddi yüz) manat məbləğində pul cəriməsi olunmağı barədə müvafiq olaraq ******* və ******* saylı protokol tərtib etmişlər. O yol polisi əməkdaşlarının tərtib etdikləri saxta protokollara imza atmaqdan imtina etmiş və onlara bildirmişdir ki, o heç bir yol hərəkəti qaydalarını pozmamış, eləcə də heç bir narkotik və yaxud psıxotrop maddə qəbul etməmişdir. Odur ki, başqa tibbi ekspertiza mərkəzinə gedib alternativ müayinədən keçib müvafiq tibbi Rəy alacağdır. O zaman həm sizin üçün, həm də saxta rəy verən narkoloji dispanser həkimləri üçün heç də xoş olmayan hadisələr baş verəcəkdir. Bunu eşidən yol polisi əməkdaşları hiss olunacaq dərəcədə qorxuya düşmüşlər və nəhayət ona bildirmişlər ki, əgər o, onların tərtib etdiyi protokollara imza atmasa onda onu polisə müqavimət göstərmək ittihamı ilə 15 sutkalıq inzibatı həbsə saldırmaq məcburiyyətində qalacaqlar. 15 gün keçəndən sonra isə sən yol hərəkəti qaydalarını pozmadığını, eləcə də narkotik və yaxud psıxotrop maddə qəbul etmədiyini sübut edə bilməyəcəksən. Çünki, o zaman artıq gec olacaqdır. O, yaranmış vəziyyəti götür-qoy etdikdən sonra bu barədə lazimi tədbir görmək üçün vaxt əldə etmək məqsədi ilə, yol polisi əməkdaşlarının tərtib etdikləri saxta protokollara imza atmaq məcburiyyətində qalmışdır. Yalnız bundan sonra yol polisi əməkdaşları onu sərbəst buraxmışlar. O sərbəst buraxıldıqdan dərhal sonra özünü narkotik və yaxud hər hansı bir psixotrop maddə qəbul etməməyinə tam əmin olduğundan taksi ilə Bakı şəhərinə, oradan da Sumqayıt şəhərinə - narkoloji dispanserə gələrək alternativ tibbi rəy almaq istədiyini bildirmiş. Həmin dispanserin həkimləri onun sidiyindən nümunə götürərək laboratoriya analizi-apardılar Nəticədə heç bir narkotik və başqa psixotrop maddə qəbul etməməyi müəyyən olunmuşdur. Sumqayıt narkoloji dispanserin həkimləri bu barədə bir nüsxəsini ona verməklə müvafiq protokol tərtib etmişlər. Eyni zamanda bildirir ki, o yol polis əməkdaşlarından onun cərimə olunmağı barədə çıxarılmış qərarların surətini tələb etmiş Onlar isə onun nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrindən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməyi barədə tərtib etdikləri Protokolu müvafiq Qərar qəbul olunması üçün Məhkəməyə göndərdiklərini bildirmişlər. İnzibati Xətalar Məcəlləsinin 327.2. maddəsi ilə onun 100 (bir yüz) manat məbləğində cərimə olunmağı barədə çıxarıldıqları Qərarın surətini isə çətinliklə almışdır. Göstərilən yol hərəkət qaydalarının pozulmasının heç birini o törətməmişdir. Yol polis əməkdaşları tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmağı barədə çıxarılmış 02 avqust 2025-ci il tarixli, TP ******* sylı qərarın ləğv olunması və inzibati xətaya dair həmin işin icraatına xitam verilməsi barədə Qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 izahatında gösətdi ki, 02 avqust 2025-ci il tarixdə «VAZ-2101» markalı, **-CD-*** dövlət qeydiyyat nömrəli avtomobil köhnə Ələt-Astara yolunun 134,4 km-də gözləmədən qarşı zolağa çıxma manevri etdiyini görüb, ona saxla işarəsi versələr də sürüçü avtomobili saxlamamış, onlar da onu qovmayaraq müşahidə etmişlər daha sonra şərait olduğu üçün hərəkətdə olan maşına yaxınlaşıb səsgücləndirici ilə saxla göstərişi verilmiş, lakin sürücü israrla uzun müddət hərəkətə davam etmiş, daha sonra o, əkin sahəsinə doğru getdikdən sonra avtomabili saxlamışdır və onun X7 olduğunu müəyyən etmişlər. Ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun etdiyi qayda pozuntuları barədə ona məlumat vermişlər və barəsində inzibati xəta haqqında protokol və qərar tərtib edilmişdir. Bu barədə videogörüntülər də məhkəməyə təqdim edlmişdir. Daha sonra sürücü X1 və ya psixotrop maddələrdən istifadə etməsi ilə bağlı əsaslı şübhələr yaranmış. Həmin yerdə alkotestir müayinəsindən imtina emiş və şəxsi X6 aparmışlar, müayinə aktı ilə psixotrop maddə təsiri ilə sərxoşluq olması müəyyən olunmuş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək protokol tərtib edilərərk məhkəməyə göndərilmişdir. Qeyd olunana əsasən şikayətin təmin olunmamasını məhkəmdən xahiş etdi. Məhkəmə, şikayətçi X7 və Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 izahatlarnı dinləyib işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 02 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 02 avqust 2025-ci il tarixdə saat 10:43-də X7 idarə etdiyi 02 avqust 2025-ci il tarixdə «VAZ-2101» markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında qəbul olunmuş 02 avqust 2025-ci il tarixli qərarla X7 inzibati məsuliyyətə cəlb edilərək 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Məhkəmə iclasında baxış keçrilmiş videogörüntdən görünür ki, barəsində inzibati xəta haqqında iş aparılan şəxs X7 Xİ Tağım Yol patrul xidmətinin əməkdaşlarının hərəkəti dayandır qanuni əmrlərinə tabe olmayaraq idarə etdiyi avtomobilinin hərəkətini dayandırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, X3 barəsində 02 avqust 2025-ci il tarixli, TP ******* saylı protokol əsasında Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən imzalanmış 02 avqust 2025-ci il tarixli inzibati qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: X3 barəsində 02 avqust 2025-ci il tarixli, TP ******* saylı protokol əsasında Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən imzalanmış 02 avqust 2025-ci il tarixli inzibati qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar