Məhkəmə qərarları › İş №3(073)-971/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-971/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-971/2025 10.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə «EYFEL TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından 30 iyun 2025-ci il tarixli, EP ******* saylı protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «EYFEL TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. «EYFEL TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan 30 iyul 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, «EYFEL TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli 33450.00 (otuz üç min dörd yüz əlli) ABŞ dolları məbləğində vəsaiti 19 iyul 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş. Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 33450.00 (otuz üç min dörd yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 20 iyul 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunnan ünvanında törədilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «EYFEL TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti 33450.00 (otuz üç min dörd yüz əlli) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırğına əsasən "xxxx" ASC-də olan hesabından 19 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən, yəni 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 33450.00 (otuz üç min dörd yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından 30 iyul 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə valyuta tənzimi qaydaları pozulur. Məhkəmə hesab edir ki, «EYFEL TİKİNTİ TƏCHİZATL” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati xətanın obyekti olmuş 33450.00 (otuz üç min dörd yüz əlli) ABŞ dolları məbləğininin iyirmi faizi məbləğində cərimə edilməlidir. Məhkəmə iclasında «EYFEL TİKİNTİ TƏCHİZATL” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: «EYFEL TİKİNTİ TƏCHİZATL” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 33450.00 (otuz üç min dörd yüz əlli) ABŞ dolları dolları məbləğininin iyirmi faizi məbləğində yəni, 6690 (altı min altı yüz doxsan) ABŞ dolları məbləğində cərimə edilsin. Qərar icra edildiyi gün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə cərimə ödənilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar