Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-972/2024 15.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Cəlilabad rayonu Şorbaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Cəlilabad rayonu Şorbaçı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Cəlilabad rayon Polis Şöbəsindən xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən və xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 noyabr 2024-cü il tarixdə saat 09:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Opel Astra” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospektində onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21099” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə Şəxs idarə etdiyi avtomobilin sol qabaq qanadı, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin isə qabaq sağ hissəsi əzilmişdir. Bununla da, Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək verdiyi izahatında göstərdi ki, o, 12 noyabr 2024-cü il tarixdə saat 09:00-da idarə etdiyi “Opel Astra” minik markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospektində hərəkətdə olmuşdur. Həmin vaxt hava yağışlı olduğundan yolda olan çaladan yayınmaq üçün avtomobili sağa çəkmiş və avtomobil ondan arxada onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21099” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və onun idarə etdiyi avtomobilin sol qabaq qanadı, “VAZ 21099” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qabaq sağ hissəsi əzilmişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, 12 noyabr 2024-cü il tarixdə saat 09:00-da idarə etdiyi “VAZ 21099” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkətdə olan Şəxs idarə etdiyi “Opel Astra” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinə dəymiş və nəticədə idarə etdiyi avtomobilin qabaq sağ hissəsi əzilmişdir. Hadisə nəticəsində ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Şəxs şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 noyabr 2024-cü il tarixdə saat 09:00-da idarə etdiyi “Opel Astra” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində baş vermiş və yol-nəqliyyat hadisəsi nəticədə Şəxs idarə etdiyi “Opel Astra” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qanadı və s. hissələri, Zərərçəkmiş şəxs “VAZ 21099” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı idarə etdiyi avtomobilin isə qabaq sağ hissəsi əzilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-899/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun və zərərçəkmiş şəxsin izahatları, İnzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə də öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 noyabr 2024-cü il saat 10:20-dən hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №3(073)-972/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-972/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver