Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-973/2025 10.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrli, Hakim köməkçisi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs sədrli X4 iştrakı ilə, Cəlilabad rayon Uzuntəpə bələdiyyəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əsasən, “Şəxs” əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim etməmişdir. Nəticədə, “Şəxs” tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs sədrli X5 izahat verərək bildirdi ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakini X8 30 aprel 2024-cü il tarixədək Şəxsdə Baş vergi məsləhətçisi vəzivəsində işləmişdir. Ona işlədiyi müddətdə 2024-cü ilin fevral ayında 144,62 manat, mart ayında 365,19 manat, aprel ayında 365,19 manat, may ayında 162,19 manat, iyun ayında 365,19 manat əmək haqqı hesablanmışdır. Lakin əmək haqqının ala bilməməsi bələdiyyənin madi çətinlikləri ilə əlaqədar ödənilməmişdir. Onun işdən çıxması barədə son haqq hesab 208,12 manat hesablanmış və xx.xx.2025-ci il tarixdə təmin edilmişdir. Cəlilabad rayinu Uzuntəp kənd sakini X6 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, Şəxsnə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-63243/2025 saylı məktub göndərilərərk qeyd olunan sənədlərin 7 iş günü ərzində X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə təqdim edilməsi tələb edilmişdir. Lakin tələb edilən sənədlər xx.xx.2025-ci il tarixədək tam təqdim edilməmişdir. Bələdiyyənin hesabına maliyyə vəsaiti daxil olduğu tədqirdə X6 əmək haqlarının ödənilməsi təmin ediləcəkdir. Bundan başqa Lənkəran-Astara regional şöbəsi Cəlilabad rayon Uzuntəpə bələdiyyəsinin barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2n nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə inzibati xəta haqqında materiala Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2n nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2n Şəxsnə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-15-5/2-63243/2025 saylı məktubundan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakini X6 qanunsuz işdən azad olunması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə daxil olmuş müraciətinə Nazirliyi yanında X9 Xidmətinin X2 baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürülənlərdən zəruri məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq hüquq pozuntuların aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüquqna malik olmaları barədə məlumat verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq X6 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid tələb olunan əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildilişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, Həmkarlar ittifaqı Təşkilatında müraciət və HİT-nin razılığı və s), son haqq-hesabın hesablanması və ödənilməsini təstiq edən sənədlərin surəti və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair işəgötürənin arayışı 7 iş gün ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Şəxs 22 iyul 2025-ci il tarixli, 51 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-63243/2025 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, X10 bələdiyyəsinin sədri vəzifəsində azad edilmiş, təhvil-təslim sənədlərində X6 əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, son haqq hesabın hesablanması və ya ödənilməsi barədə sənədlər eyni zamanda xx.xx.2025-ci il tarixə bələdiyyənin işçilərə borcu barədə məlumat sənədində, qeyd olunmamışdır. Hal-hazırda xx.xx.2025-ci il tarixdən Cəlilabad rayon Uzuntəpə bələdiyyəsinin sədri X5 olduğu göstərilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli, 55 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-66192/2025 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, X10 bələdiyyəsinin sədri vəzifəsində azad edilmmiş, təhvil-təslim sənədlərində X6 əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, son haqq-hesabın hesablanması və ya ödənilməsi barədə sənədlər eyni zamanda xx.xx.2025-ci il tarixə bələdiyyənin işçilərə borcu barədə məlumat da qeyd olunmamışdır. Hal-hazırda xx.xx.2025-ci il tarixdən Cəlilabad rayon Uzuntəpə bələdiyyəsinin sədr müavini sonra isə xx.xx.2025-ci il tarixdəən Uzuntəpə bələdiyyəsinin sədri seçildikdən sonra ona həmin sənədlərin təhvil verilmədiyi göstərilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli, 65 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ünvanladığı məktundan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakini X8 30 aprel 2024-cü il tarixədək Şəxsdə Baş vergi məsləhətçisi vəzivəsində işləmişdir. Ona işlədiyi müddətdə 2024-cü ilin fevral ayında 144,62 manat, mart ayında 365,19 manat, aprel ayında 365,19 manat, may ayında 162,19 manat, iyun ayında 365,19 manat əmək haqqı hesablanmışdır. Lakin əmək haqqının ala bilməməsi bələdiyyənin maddi çətinlikləri ilə əlaqədar olmuşdur. Onun işdən çıxması barədə son haqq hesab 208,12 manat hesablanmış və xx.xx.2025-ci il tarixdə təmin edilmişdir. Bələdiyyənin hesabına maliyyə vəsaiti daxil olduğu tədqirdə X6 əmək haqlarının ödənilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, Şəxs tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3- cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4- cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 116.1-ci maddəsinə əsasən Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Şəxsn inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 2 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində iki min manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxsə bu cərimə şərti olaraq tətbiq edilsin və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 verilsin. Məlumatın doğruluğu təstiq olunduqda Şəxs bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Sədrlik edən Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-973/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-973/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver