Məhkəmə qərarları › İş №3(073)-977/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-977/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-977/2024 15.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, Şəxs–xx xxxxxxx 1983-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Məmmədrzalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad RPŞ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu,Məmmədrzalı kəndində yerləşən X3 məxsus fermanın yaxınlığında sonuncunu ucadan nalayiq ifadələrlə təhqir etmişdir. Bununlada o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə təqsirli bilərək, verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində X5 ilə aralarında yaranan mübahisə zamanı ona qarşı nalayiq ifadələr işlətmişdr. Hazırda əməlindən səmimi peşmandır. X5 ilə barışmışlar. Zərərçəkmişin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. X1 məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Şəxs ilə aralarında yaranan mübahisə zamanı Rahib və onun atası Ramiz onu təhqir edərək hədələmişdir. O da bu barədə DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Hazırda Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Şəxs törətmiş olduğu inzibati xəta onun izahatı, zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Materiala əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 05 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Cəlilabad RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXMnin 32.1.1-ci maddəsinə əsasən, onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar