Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-979/2024 16.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hakim köməkçisi Rufullayev Natiq Fərman oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs – xx.xx.1973-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri, M.Hadi küşəsidə ucadan nalayiq ifadələr işlədərək xüliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək verdiyi izahatında göstrədi ki, onun oğlu xəstə olduğundan, onun müalicəsi üçün müəyyən vəsaiti düzəldə bilmədiyi üçün bu barədə aidiyyatı orqanlara müraciət etmişdir. Etdiyi müraciətlərin nəticəsi olmadığına görə o, əsəbi olduğundan xx.xx.2024-cü il tarixdə yaşadığı Cəlilabad şəhəri, M.Hadi küşəsidə ucadan nalayiq ifadələr işlədərək hay-küy salmışdır. Ora gələn polis əməkdaşları ona sakitləşməsini demişlər və onlarla birlikdə Cəlilabad RPŞ-yə gəlməsini desələr də o, polis əməkdaşları ilə şöbəyə gəlməkdən imtina etmişdir. O, polis əməkdaşlarını söyməmiş və təhqir etməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 08:45 radələrində Cəlilabad RPŞ-nin PPXB-nin monqa komandiri polis baş serjantı X5 ilə birlikdə Cəlilabad şəhəri, M.Hadi küçəsində xidmətdə olarkən yolun kənarında tanımadıqları bir nəfər şəxsin mobil telefonla danışaraq ucadan nalayıq ifadələr işlətdiyini görmüşlər. Buna görə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək nə üçün nalayiq ifadələr işlətdiyini soruşmuşlar. O, da aqresiv formada onlara cavab verərək yenidən nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət edib nalayıq ifadələr işlətməməsini bildirmişlər. Lakin həmin şəxs onların sözlərinə məhəl qoymamışdır. Həmin vaxt RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Əkbərli İmran və İbarov Fərhad onlar olan yerə yaxınlaşmışlar və onlar bir yerdə həmin şəxsə nalayıq ifadələr işlətməməsini və səs-küy saymamasını bildirsələr də həmin şəxs onların ünvanlarına da nalayiq ifadələr işlətməyə davam etmişdir. Ona etdiyi əməlin qanunazidd olmasını izah edib nizam-intizama təvət etsələr də, həmin şəxs onların sözlərinə məhəl qoymayaraq qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onlar həmin şəxsi RPŞ-yə gətrilmişdir. Həmin şəxs RPŞ-nin inziabti binasında da ictinai qaydanı pozmağa və onların qanuni tələblərinə qəsdən tabesizlik göstərməyə davam etmişdir. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanda qeydiyyatda olan Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 08:45 radələrində Cəlilabad RPŞ-nin PPXB-nin monqa komandiri polis baş serjantı X8 ilə birlikdə Cəlilabad şəhəri, M.Hadi küçəsində xidmətdə olarkən yolun kənarında tanımadıqları bir nəfər şəxsin mobil telefonla danışaraq ucadan nalayıq ifadələr işlətdiyini görmüşlər. Buna görə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək nə üçün nalayiq ifadələr işlətdiyini soruşmuşlar. O, da aqresiv formada onlara cavab verərək yenidən nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət edib nalayıq ifadələr işlətməməsini bildirmişlər. Lakin həmin şəxs onların sözlərinə məhəl qoymamışdır. Həmin vaxt RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Əkbərli İmran və İbarov Fərhad onlar olan yerə yaxınlaşmışlar və onlar bir yerdə həmin şəxsə nalayıq ifadələr işlətməməsini və səs-küy saymamasını bildirsələr də həmin şəxs onların ünvanlarına da nalayiq ifadələr işlətməyə davam etmişdir. Ona etdiyi əməlin qanunazidd olmasını izah edib nizam-intizama təvət etsələr də, həmin şəxs onların sözlərinə məhəl qoymayaraq qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onlar həmin şəxsi RPŞ-yə gətrilmişdir. Həmin şəxs RPŞ-nin inziabti binasında da ictinai qaydanı pozmağa və onların qanuni tələblərinə qəsdən tabesizlik göstərməyə davam etmişdir. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanda qeydiyyatda olan Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini X7 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təhməzov X1 şəhəri, M.Hadi küşəsidə ucadan nalayiq ifadələr işlədərək hay-küy salması və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə o, və RPŞ-nin İTB-nin rəisi X3 ilə birlikdə hadisə yerinə getmişlər, hadisə yerdində Şəxs ucadan qışqıraraq səs-küy sadığını görüb onu sakitləşdirərək nizam-intizama dəvət etmişlər, lakin, Şəxs onların da qanuni tələblərinə qəsdən tabe olmamış, onları, digər polis əməkdaşlarını və digər dövlət orqanlarının nümayəndələrinin ünvallarına nalayiq söyüşlər söyməyə davam etmişdir. Şəxs nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirmişdir. Daha sonra Şəxs PPXB-nin əməkdaşlarının köməyi ilə RPŞ-ya gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon Polis Şöbəsinin İTBnin rəisi X3 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təhməzov X1 şəhəri, M.Hadi küşəsidə ucadan nalayiq ifadələr işlədərək hay-küy salması və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə o və RPŞ-nin xidmət üzrə rəis müavini X7 ilə birlikdə hadisə yerinə getmişlər, hadisə yerdində Şəxs ucadan qışqıraraq səs-küy sadığını görüb onu sakitləşdirərək nizam-intizama dəvət etmişlər lakin Şəxs onların da qanuni tələblərinə qəsdən tabe olmamış, onları, digər polis əməkdaşlarını və digər dövlət orqanlarının nümayəndələrinin ünvallarına nalayiq söyüşlər söyməyə davam etmişdir. Şəxs nizam-intizama dəvət etsələr də o öz hərəkətlərini davam etdirmişdir. Daha sonra Şəxs PPXB-nin əməkdaşlarının köməyi ilə RPŞ-ya gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon Polis Şöbəsinin İTBnin polis nəfəri X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə sahə polis nəfəri Əkbərli İmran ərazisində mülki axtarışda olan şəxsin evində olması barədə əldə etdiyi məluma görə həmin şəxsin evinə doğru hərəkət edərkən həmin ünvanda yolun kənarında PPX-nin əməkdaşalrından bir nəfəri sakitləşdirmək istədiyini görmüşdür. Avtomobili saxlayıb həmin yerə yaxınlaşan zaman Şəxs adlı həmin şəxs onların ünvanlarına da nayayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi sakitləşdirib nizam-intizama dəvət etsələr də onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini təxminən 4-5 dəqiqə davam etdirmişdir. Həmin müddət ərzində o, ictimai qaydanı pozmağa və onların qanuni tləblərinə qəsdən tabesizlik göstərmişdir. Həmin şəxs tərəflərindən RPŞ-yə gətrilmişdir. RPŞ-yə gətrildikdən sonra da Şəxs öz hərəkətlərini davam etdirdi. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidlərin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-979/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-979/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver