Məhkəmə qərarları › İş №3(073)-979/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-979/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-979/2025 12.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis X1 Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə müvafiq olaraq MN ******* saylı, 5 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına vurulmuş ziyanın məbləğini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Hazırki halda vurulmuş zərərin məbləği zərərçəkmiş şəxsin heç bir mötəbər sübuta əsaslanmayan sözünə əsaslanaraq müəyyən edilmişdir, bu da məhkəməyə təqdim edilmiş sənədlərin natamam olmasına dəlalət edir. Bununla yanaşı, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı öz əksini tapmamışdır. Halbuki, AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, iş materiallarına barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı və vurulmuş ziyanın məbləğini təsdiq edən sənəd əlavə olunmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Cəlilabad Rayon Polis X1 Bölməsinə geri qaytarılsın. Hakim: Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar