Məhkəmə qərarları › İş №3(073)-982/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-982/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-982/2024 03.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 198.3-cü maddəsi ilə Cəlilabad Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsiilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, fiziki şəxs Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmasına baxmayaraq əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl etməyib Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci və 219-cu maddələrinin, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.4cü, 5.58-ci bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4-cü, 6-cı bəndlərinin tələblərini pozaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb bilikləri yoxlanılmamış işçiləri, o cümlədən Zərərçəkmiş şəxs fəhlə kimi anbarda işlərin görülməsinə cəlb etdiyinə və müvafiq sınaqlardan keçirilməmiş, hündürlükdən yıxılma mümkün ola biləcək yüksək təhlükəli zonaya işçilərin daxil olmasının qarşısının alınması üçün həmin zonanın hasarlanmasını təmin etmədiyinə görə icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən Ağdaş yem fabrikinin Cəlilabad üzrə yem məhsulları satışı anbarında fəhlə vəzifəsində işləyən Zərərçəkmiş şəxs həmin anbarın arxa hissəsində yerləşən pilləkənin yuxarı hissəsinə müvəqqəti olaraq yerləşdirilmiş DSP adlanan apilkadan hazırlanmış materialın sonuncunun ayaqları altında qırılması nəticəsində hündürlükdən yıxılması ilə əlaqədar qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, alın nahiyəsində əzilmiş yara, sağ baldır sümüklərinin qapalı sınığı və sol bud-çanaq oynağının çıxığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəllərinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” PHŞ-nin Cəlilabad rayon şöbəsindən verilmiş 10 oktyabr 2024-cü il tarixli, 844 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, alın nahiyəsidə əzilmiş yara, sağ baldır sümüklərinin qapalı sınığı və sol bud-çanaq oynağının çıxığı müəyyən olunmuşdur. Müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş şəraitdə, yəni hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 20 sentyabr 2024cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli, 10/8365 nömrəli rəyindən görünür ki: - ünvan 3 ünvanında yerləşən Ağdaş yem fabrikinin Cəlilabad üzrə yem məhsulları satışı anbarında quraşdırılmış pilləkənin müvafiq sınaqlardan keçirilməmiş, hündürlükdən yıxılma mümkün ola biləcək yüksək təhlükəli zonasına (meydançasına) işçilərin daxil olmasının qarşısını alınması üçün həmin zonanın hasarlanmaması hadisənin baş verməsinə gətirib çıxarmışdır. - Baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.4-cü, 5.58-ci bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4-cü, 6-cı bəndlərinin tələbləri pozulmuşdur. - Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılıb bilikləri yoxlanılmamış işçilər, o cümlədən Zərərçəkmiş şəxs fəhlə kimi anbarda işlərin görülməsinə cəlb edildiyinə və müvafiq sınaqlardan keçirilməmiş, hündürlükdən yıxılma mümkün ola biləcək yüksək təhlükəli zonaya işçilərin daxil olmasının qarşısının alınması üçün həmin zonanın hasarlanması təmin edilmədiyinə görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.4-cü, 5.58-ci bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4-cü, 6-cı bəndlərinin tələbləri fiziki şəxs olan işəgötürən Şəxs tərəfindən pozulmuşdur. - Hadisənin baş vermə səbəb və şəratini nəzərə aldıqda, Zərərçəkmiş şəxs özü tərəfindən normativ aktların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli İcarə müqaviləsindən görünür ki, icarəçi Şükürov X2 şəhəri, Qurtuluş küçəsi, 22 ünvanında yerləşən sahəsi 260 kv.m olan obyekti icarə haqqı ayda 100 manat olmaqla icarəyə götürmüşdür. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında 09 yanvar 2024cü il tarixdə əmək müqaviləsi bağlanaraq Zərərçəkmiş şəxs fəhlə vəzifəsi üzrə işə qəbul edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayəttərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş 18 noyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar, hadisə yerinə aid fotoşəkillər, hadisənin baş verdiyi anın görüntüləri və inzibati materialda olan digər sənədlərlə tam sübutayetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərinidaşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunurvə tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edirki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 (bir min yeddi yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: 170032662; Hesab: AZ34CTRE********************) köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar