Məhkəmə qərarları › İş №3(073)-984/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-984/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-984/2024 03.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.2001-ci ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 19 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 sentyabr 2024-cü il tarixdə Cəlilabad rayonu, Soyuqbulaq kəndi Bicar bulağı adlanan ərazidə Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, yaşadığı Soyuqbulaq kəndində, Soyuqbulaq kəndində aid olan mal-qaralarının su içməsi üçün kənd sakinləri tərəfindən düzədilmiş süni göl vardır. Həmin süni gölü nə o, nə də ki, onun babası Qurbanəli qeyri qanuni olaraq işlətməmişlər, lakin babası Qurbanəli əvvəllər orada balıq saxlamış, hazırda isə orada heç bir iş görmür, həmin gölün suyu yoxdur, bələdiyə sədri Zərərçəkmiş şəxs oranın suyunu buraxmışdır. O və ailə üzləri həmin əraziyə nəzarət etmir, lakin həmin süni göl onun babası Qurbanəli Məmmədova məxsus sənədli 5 ha torpaq sahəsinin yaxınlığında yerləşən ərazidədir. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs Cəlilabad RİH-nin nümayəndləri ilə birlikdə həmin gölə gəlmiş, nümayəndələr kənd sakinlərindən sökülüb sökülmədiyini soruşanda kənd sakinlər, göl bizə lazımdaır, mal qaralarımız burdan su içir, sözünü demişlər. Bundan sonra Zərərçəkmiş şəxs səbəb olmadan onun babası Qurbanəli Məmmədova kənd sakinlərinin sən öyrətmisən, gölü qurutmayacam qalsın, sözünü demiş, Qurbanəli də Asifə mən heç nə etməmişəm sözünü dedikdən sonra Zərərçəkmiş şəxs Qurbanəlini söyərək üzərinə hücum etmiş və onun sinə nahiyəsinə iki yumruq zərbəsi vurmuş, buna görə də X8 Asəfin üzərinə gələrək onun əlində olan mobil telefonu alaraq gölə atmış, həmin vaxt o, X6 və X1 döyməmişdir, Asəf onların barəsində yalan və böhtan xarakterli məlumatlar vermişdir. Onun Məstalı adlı qardaşı, yaxud da əmisi oğlu yoxdur. Hadisə zamanı Zərərçəkmiş şəxs orada yaratdığı şərait səbəbindən İH-dən gələn nümayəndələr kənd sakinləridən ərizə ala bilməmişlər. Hadisə 30-35 dəqiqə davam etmişdir. O və ailə üzvləri Zərərçəkmiş şəxs döyməmişdir. Hazırda Cəlilabad rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təhqiqat Bölməsinin qərarlndan şikayət etmişdir. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 781 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sol bazu nahiyyəsində qançır müəyyən olunmuş, müəyyən olunmuş xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan tarixə xx.xx.2024-cü l tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Cəlilabad rayon prokurorluğunun 03 dekabr 2024-cü il tarixli qərarınn sürətindən görünür ki, Zərərçəkmiş şəxs və X2 müraciətləri əsasında toplanmış HK-1-661 nömrəli material üzrə Cəlilabad rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Kazımov tərəfindən qəbul edimiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərarı əsasız və qanunsuz olduğundan ləğv edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində qeyd olunan maddə də göstərilən inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar