Məhkəmə qərarları › İş №3(073)-984/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-984/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-984/2025 10.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının 04 avqust 2025-ci il tarixli, EP ******* saylı protokolu daxil olmuşdur. 04 avqust 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyəti 60000.00 (altımış min) ABŞ dolları məbləğində vəsaiti 25 iyul 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsədə, 20000.00 (iyirmi min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 26 iyul 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə WEİFANG BANOA TEXTİLES TRADE CO, LTD arasında 11 may 2023-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində “Polyester Fabric” adlı polietilentereftalat əsaslı, ümumi parçanın müvafiq olaraq 53%-ni təşkil edən liftlərdən ibarət təksaplı sintetik kompleks saplardan hazırlıanmış, üzəri çap olunmuş, 3-saplı sarja toxunuşlu ipək alışına görə müqavilə bağlanmışdır. Bundan başqa 25 iyul 2023-cü il tarixli ödəniş tapşırığ ilə satıçıya 60000.00 (altımış min) ABŞ dolları məbləğində pul köçürülmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə 30000,00 (otuz min) ABŞ dolları məbləğindən 20000.00 (iyirmi min) ABŞ dolları, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə 30000,00 (otuz min) ABŞ dolları məbləğindən 20000.00 (iyirmi min) ABŞ dolları və 07 iyul 2025-ci il tarixli gömrük bəyannaməsi ilə 60000,00 (altımış min) ABŞ dolları məbləğində 20000.00 (iyirmi min) ABŞ dolları, ümumilikdə 60000,00 (altımış min) ABŞ dolları məbləğində aldığları “Polyester Fabric” adlı polietilentereftalat əsaslı, (ümumi parçanın müvafiq olaraq 53%-ni təşkil edən liftlərdən ibarət təksaplı sintetik kompleks saplardan hazırlıanmış, üzəri çap olunmuş, 3-saplı sarja toxunuşlu) ipək məhsulları ölkəyə idxal olunmuşdur. Lakin bəyənnamənin gecikməsi onlara irad tutulmuş və barələrində protokol tərtib edilmişdir. Müqavilədən və kömrük bəyənnaməsindən görünür ki, köçürülən məbləğ ticarət məqsədli oluşdur və hazırda malları ölkəyə idxal olunmuşdur. Alıcının əməlində inzibati xəta hadisəsi olmadığından başlanmış icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş 1004/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə WEİFANG BANOA TEXTİLES TRADE CO, LTD şirkətin arasında 500000 (beş yüz min) ABŞ dolları dəyərində malların alışına dair bağlanmışdır. İşə əlavə edilmiş 25 iyul 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, WEİFANG FENGSHUO TEXTİLES TRADE CO, LTD-yə 60000.00 (altımış min) ABŞ dolları məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2024-ci il tarixli və 07 iyul 2025-ci il tarixli gömrük bayəmnamələrindən görünür ki, WEİFANG BANOA TEXTİLES TRADE CO, LTD şirkətindən «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilən 60000.00 (altımış min) ABŞ dolları dəyərində “Polyester Fabric” adlı polietilentereftalat əsaslı, ümumi parçanın müvafiq olaraq 53%-ni təşkil edən liftlərdən ibarət təksaplı sintetik kompleks saplardan hazırlıanmış, üzəri çap olunmuş, 3-saplı sarja toxunuşlu ipək məhsulları ölkəyə idxal olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1004/2023 saylı müqavilə əsasında 60000.00 (altımış min) ABŞ dolları dəyərində alınan malların ölkəyə idxalını gecikməsində səbəb «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri olmamışdır, hazırda müqavilə öhdəlikləri yerieinə yetrilmiş və məhsul idxal olunmuşdur. «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində hazırki əməllə bağlı inzibati xəta müəyyən olunmur. xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsindən xaricə köçürülən 60000.00 ABŞ dollarının tam məbləğdə malların alışına sərf olunduğu muəyyən olunur və bu əsasla da «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası Konsutitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şəhr edilməsinə dair 19 dekabr 2019-cü il tarixli plenum qərarında göstərilir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirib bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Məhkəmə hesab edir ki, «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: «KAMALOĞLU TEKSTİL” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar