Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-986/2025 26.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi Barəsində inzibati xəta aparılan şəxs Şəxs. Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X1 iştrakları ilə, Şəxs – xx.xx.1978-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 02 avqust 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2025-ci ildə, saat 13:10 radələrində Şəxs özünə məxsus «VAZ-2101» markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içkidən istifadə edərək idarə etmişdir. Məhkəmə iclasında Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 izahatında gösətdi ki, 02 avqust 2025-ci il tarixdə «VAZ-2101» markalı, **-CD-*** dövlət qeydiyyat nömrəli avtomobil köhnə Ələt-Astara yolunun 134,4 km-də gözləmədən qarşı zolağa çıxma manevri etdiyini görüb, ona saxla işarəsi versələr də sürüçü avtomobili saxlamamış, onlar da onu qovmayaraq müşahidə etmişlər, daha sonra şərait olduğu üçün hərəkətdə olan maşına yaxınlaşıb səsgücləndirici ilə saxla göstərişi verilmiş, lakin sürücü israrla hərəkətə davam etmiş, daha sonra o, əkin sahəsinə doğru getdikdən sonra avtomabili saxlamışdır və onun Şəxs olduğunu müəyyən etmişlər. Ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun etdiyi qayda pozuntuları barədə ona məlumat vermişlər. O, özünü çox aqressiv apardığı üçün onun sərxoş və ya hər hansı narkotik vasitənin və ya psixotrop maddədən istifadə edib etməməsini yoxlanışdan keçirmək üçün alkotestir müayinəsindən keçməyə dəvət olunmuş, sürücü isə alkotestirdən keməkdən imtina etdiyi üçün onu X5 həkim müayinəsinə aparmışlar, orada yoxlanıldıqdan sonra onda barbitürat təkibli psixotrop tabletkasından istifadə etdiyi müəyyən olunmuşdur. O, həmin müayinə ilə razılaşmayaraq yenidən orada analiz vermiş və özü test etmiş, lakin testin nəticəsi dəyişməmişdir. Sürücünün Sumqayıt şəhərində sərxoşluq müayinədən keçrilməsi zamanı barbitürat təkibli psixotrop maddələr üzrə müayinə aparılmamış və vəziyyəti barədə natamam akt alımışdır. Belə ki, X2 aparılan müayinədə barbitürat təkibli psixotrop maddə üzrə də müayinə aparılmış və pozitiv nəticə çıxmışdır. Sürücü Şəxs barəsində qanunvericiliyin tələblərinə yuğun olaraq protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı etraf etməyərək verdiyi izahatında gösətdi ki, 02 avqust 2025-ci il tarixdə, etibarnamə ilə idarə etdiyi «VAZ- 2101» markalı, **-CD-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə köhnə Ələt-Astara yolunun 134,4 km-də əkin sahəsinə işləməyə gedərkən gözləmədən baş yola çıxmış və bu zaman YPX-nin əməkdaşları onu saxla işarəsi versələr də o tələsdiyi üçün avtomobilini saxlamayaraq əkin sahəsinə getmiş YPX-nin əməkdaşarlı da onun əkin sahəsinə gələrək özlərini təqdim etdikdən sonra onun etdiyi qayda pozuntuları haqda ona məlumat vermişlər. Ordan onu Cəlilabad RPŞ-yə gətirmişlər, onun hər hansı narkotik vasitənin və ya psixotrop maddədən istifadə edib etməməsinin yoxlanışdan keçirmək üçün X5 həkim müayinəsinə aparmışlar, orada yoxlanıldıqdan sonra onda barbitürat psixotrop tabletkasından istifadə etdiyi müəyyən olunmuşdur. O, həmin qərarla razılaşmayaraq yenidən analiz vermiş və özü test etmiş, lakin testin nəticəsi dəyişməmişdir. Həmin gün o üç saat fərqi ilə Sumqayıt şəhərinə gedərək orada həkim müayinədən keçərərk heç bir narkotik maddə və ya psixotrop maddə istifadə etməməsi barədə rəy almışdır. Hesab edir ki, protokol əsasızdır. Məhkəmədən inzibati xətaya xitam verilməsini xahiş etdi. Məhkəmə Xİ Tağım Yol patrul xidmətinin inspektoru polis baş serjantı X1 və barəsində inzibati xəta aparılan şəxs Şəxs izahatlarını dinləyib və inzibati iş materiallarını araşdırıb hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan X3 xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 000788 nömrəli aktdan görünür ki, müayinə zamanı Şəxs barbitürat psixotrop maddə istidadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında baxış keçrilmiş videogörüntdən görünür ki, barəsində inzibati xəta aparılan şəxs Şəxs Xİ Tağım Yol patrul xidmətinin əməkdaşlarının hərəkəti dayandır qanuni əmrlərinə tabe olmayaraq idarə etdiyi avtomobilinin hərəkətini dayandırmamışdır. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-986/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-986/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver