Məhkəmə qərarları › İş №3(073)-992/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-992/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-992/2025 13.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi X1 iştirakları ilə Şəxs – xx xxxxxxx 1994-cü il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsi ilə barəsində Cəlilabad Rayon Polis Şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 15 iyul 2025-ci il tarixdə qardaşı arvadı Cəlilabad rayonu Maşlıq kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə nəticəsində əli ilə onun sol qol nahiyəsinə vuraraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati işin məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs məhkəməyə izahat verərək barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, gələcəkdə zərərçəkmişə qarşı hər hansı belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək göstərdi ki, Cəlilabad rayon Maşlıq kənd sakini qaynı Şəxs ilə aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 15 iyul 2025-ci il tarixdə Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən evlərində Şəxs onun ünvanına nalayiq sözlər işlətmişdir hədə qorxu gəlmişdir. Buna etiraz etdikdə isə onu döymüşdür. Şəxs onun sol qol nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Aralarında olan mübahisə zamanı onların yanında qaynanası Gülsənəm Fərhadova, qaynı arvadı Tünar Fərhadova və qaynatası Ağa Fərhadova olmuşdur. İnzibati xəta törədən Şəxs ilə barışmamışdır, onu bağışlamır. Odur ki, məhkəmədən ona qanunauyğun müvafiq cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin 18 iyul 2025-ci il tarixli, 468 nömrəli rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs sol said və sağ bud nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin 02 avqust 2025-ci il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün şəxsi etirafı, zərərçəkmiş şəxsin izahatı, MN ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xəta əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar