Məhkəmə qərarları › İş №3(073)-996/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-996/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-996/2025 14.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1977-ci ildə Cəlilabad rayonu, Qarakazımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Qarakazımlı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 14 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 iyun 2025-ci il tarixdə, Cəlilabad rayonu, Qarakazımlı kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə 2018-cı ildə ailə həyatı qurmuş və onların birgə nikahlarından bir övladları vardır. 21 iyun 2025-ci il tarixdə yaşadığı evdə yemək yeyib spirtli içki qəbul etmiş, əhvalı yaşxı olduğu vaxtı Zərərçəkmiş şəxs onun yanına gəlib, əvvəllər bir necə dəfə dediyi, lakin onun qəbul etmədiyi sözü, yəni Bakı şəhərinə gedib orada yaşamaq istədiyini deyəndə o da imkanlarının ona çatmadığını, hələ ki, kənddə qalmaqlarının məsləhət olmasını demiş, lakin xalidə bir neçə dəfə dediyi üçün o əsəbləşib qışqırmış, Xalidə ona qarşılıq verdiyi üçün o da Xalidənin üz nahiyyəsinə bir sillə vurmuş, sonuncu isə ağlayıb otağdan çıxmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs ilə 2018-cı ildə ailə həyatı qurmuşlar və onların birgə nikahlarından bir övladları vardır. Şəxs səbəb olmadan bir neçə dəfə onunla mübahisə etmişdir. xx.xx.2025-ci iltarixdə axşam saatlarında Şəxs evdə spirtli içki qəbul etdikdən sonra yenə səbəb olmadan onunla mübahisə etməklə yanaşı söyüb təhqir etmiş, o bunlara cavab vermiş, Şəxs isə daha da bundan hiddətlənib onun üzərinə gəlmiş, onun üz baş və sağ qol nahiyyəsinə bir neçə dəfə yumruq və sillə ilə vurmuşdur. Həmin vaxt onların yanında başqa şəxs olmamışdır. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 31 iyyul 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə həmin məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İzibati Xətalar Məcəlləsinin 53.1.9-ci maddəsinə görə həmin məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 39, 43, 53, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar