Məhkəmə qərarları › İş №3(073)-997/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-997/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-997/2023 25.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, EQ 11042577 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə istifadəsində olan «KİA FORTE MİNİK» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixdə protokol tərtib edilərək, 10 (on) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, EQ 11193656 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə istifadəsində olan «KİA FORTE MİNİK» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan istifadə etməyə görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixdə protokol tərtib edilərək, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, EQ 11738491 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə istifadəsində olan «KİA FORTE MİNİK» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini durma qaydalarını pozmağa görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixdə protokol tərtib edilərək, 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, EQ 12214299 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə istifadəsində olan «KİA FORTE MİNİK» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dayanma qaydalarını pozmağa görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixdə protokol tərtib edilərək, 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, EQ 12691320 saylı protokolun surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə istifadəsində olan «KİA FORTE MİNİK» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixdə protokol tərtib edilərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Cəlilabad rayon X1 X3 tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP 5526213, İXP 5526148, İXP 5526129, İXP ******* və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə cərimə olunduğu məbləği qanunla müəyyən olunan müddətdə ödəmədiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar