Məhkəmə qərarları › İş №3(073)-997/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-997/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-997/2024 27.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlu sədrliyi Məhkəmə iclas katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə açıq məhkəmə iclasında, _______ tarixdə _____ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, _____ ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Məhkəmənin adı Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, işin 3(073)-997/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsinə dair vəsatətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-997/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ ____ müddətə məhdudlaşdırılmışdır. __________ tarixdə Şəxs məhkəməyə müraciət edərək barəsində olan cəriməni tam ödədiyini ona görə də nəqliyyat vasitələrini idarə etmə hüququnun ____ müddətə məhdudlaşdırılmasına dair məhkəmə qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-997/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Belə ki, iş materiallarına əsasan müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun ____ müddətə məhdudlaşdırılmasına səbəb İXP _____ nömrəli inzibati xəta haqqında iş üzrə qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməməsi olmuşdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb olan ____ manat məbləğində inzibati cəriməni tam şəkildə ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəsatəti təmin edilməli və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, işin nömrəsi 3(073)-997/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində ____ Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar