Məhkəmə qərarları › İş №3(074)-1/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-1/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-1/2023 31.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X16 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət verən X7 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayəndəsi X8 iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələrinə əsasən, barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol onun iştirakı ilə tərtib olunmayıbdır. Bundan başqa, isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, barəsində MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərara əsasən, guya onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qərara əsasən, ona satılmış Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatından kənar istifadə etdiyindən, 500 manat cərimə olunmuşdur. O, həmin qərarı xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin müdiri Ağabala Şaqavatov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, ona məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,10 ha torpaq sahəsi ona inzibati xəta haqqında protokol və qərarda qeyd olunduğu kimi, kənd təsərrüfatı təyinatlı və məqsədləri üçün deyil, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarı ilə fərdi yaşayış evi tikilməsi məqsədilə verilmişdir. Bunun üçün o, bələdiyyənin hesabına müvafiq ödəniş də etmişdir. Bundan başqa, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X15 kitabında xx.xx.2014-cü il tarixdə 665 nömrə ilə uçota alınmış A 529723 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədi də verilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, heç bir inzibati xəta törətməmiş, heç bir sübut olmadan barəsində əsassız olaraq protokol tərtib edilmiş və qərar qəbul olunmuşdur. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatı ilə bağlı tərtib edilmiş ekspert rəyini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki, X4 rayon Çuxuryurd bələdiyyəsinin qərarı ilə ona satılmış kənd təsərrüfatı təyinatlı örüş sahəsində tikinti işləri apararaq, torpağın üst münbit qatını korlamışdır. Bu səbəbdən də, X5 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələri ilə İnzibati xəta haqqına protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2022-ci il tarixdə İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hazırda isə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş ekspert rəyi ilə X6 ayrılmış torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən edilmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin qərarından çıxarışdan görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin perspektiv inkişaf ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı (şərti yararsız) torpaq sahəsindən, həyətyani məqsədi üçün 0,10 ha torpaq sahəsinin Bakı şəhər sakini X1 qərara alınmışdır. İş materiallarında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X15 kitabında xx.xx.2014-cü il tarixdə 665 nömrə ilə uçota alınmış A 529723 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədindən görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarı ilə 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı rayon Məlhəm bələdiyyəsi ərazisində monitorinq keçirilən zaman, Şamaxı-Qızmeydan yolunun kənarında tikinti işlərinin aparılması faktı aşkarlanmışdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, tikinti işləri X7 tərəfindən aparılır. Ərazinin döngə nöqtələrindən götürülmüş koordinatlar əsasında aparılan kameral araşdırma zamanı, tikinti işləri aparılan torpaq sahəsinin Şamaxı rayon Məlhəm bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olduğu dəqiqləşmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən, X7 bələdiyyənin qərarı ilə ona satılmış torpaq sahəsində kənd təsərrüfatı təyinatlı örüş sahəsində tikinti işləri apararaq, torpağın üst münbit qatını korlamış, təyinatı özbaşına dəyişmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2 və 247.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 bələdiyyənin qərarı ilə ona satılmış torpaq sahəsinin bir hissəsində tikili inşa edərək, torpaq sahəsini məqsədli təyinatından kənar istifadə etdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-300/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X6 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,10 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və yaxud yaşayış məntəqələrinin torpaqlarına aid olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/24 saylı ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və “kadastrportali.az” elektron kadastr portalında qeyd olunan məlumatlara əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən X6 ayrılmış 0,10 ha torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu və həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlar daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə, inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, bələdiyyənin qərarı ilə X2 torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir və həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlar daxilində yerləşir. Lakin, X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və qəbul olunmuş qərarda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən və bununla da, onun təqsirli olması sübuta yetirilmədiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X5 əməlində inzibati xətanın tərkibi olmadığı üçün, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.1.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul dövlət büdcəsindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X9 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar