Məhkəmə qərarları › İş №3(074)-1/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-1/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-1/2024 07.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X1 X11 nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Qida X1 X8 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Qida X1 X13 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(074)-381/2023 nömrəli qərarı ilə inzibati xətanın tərkibi olmaması əsası ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Qida X1 X13 apelyasiya şikayəti verərək Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(074)-381/2023 nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Qida X1 X13 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-539/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şamaxı rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 3(074)-381/2023 nömrəli qərarının ləğv edilməsi, işə yenidən baxılması üçün materialın Şamaxı rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X1 X11 nümayəndəsi X9 izahat verib bildirdi ki, yoxlama aparılan kafenin içərisindən birbaşa həmin sahəyə mətbəxdən açılan qapı olduğundan və həmin sahəyə X3 əməkdaşları buraxılmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirdi ki, mətbəxdən həmin sahəyə qapı açılır və həmin sahəyə yol var. Həmin sahədə soyuducu olmuş və Şəxs həmin soyuducuya baxış keçirilməsinə mane olmuşdur. Əgər o qapı çöldən bağılı olsaydı, o hissədən açılması mümkün olmasaydı, yəni həmin yer şəxsin özünə aid hissədən açılış olsaydı o zaman onlar yoxlamaq məcburuiyyətində qalmazdılar. Niyə çünki o çöldən açılırsa artıq kafeni işlədən şəxsin girişinə imkan yoxdur, yox əgər kafeni işlədən şəxs həmin sahəyə girib-çıxırmaq imkanı varsa, onda artıq məhsul saxlaya bilər. O, yoxlamada iştirak etməmiş, amma yoxlamanı keçirən əməkdaş Azərbaycan Respublikasının Qida X2 X11 baş məsləhətçisi X6r, onu şahid qismində dindirilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda “Sərin” kafesində olan yoxlama aprılarkən çəkilən video görüntünü üzərindən çox vaxt keçdiyindən təqdim edə bilmir. Lakin həmin yoxlama zamanı çəkilmiş fotoşəkillərin yerləşdiyi diski məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat izahat verib bildirdi ki, onun istifadə etdiyi hissələr kafenin bilyar zalı və mətbəxtidir ki, o həmin yerləri kirayə götürmüşdür. Həmin qapıdan o tərəfə ona aid olmayan yerdir. Onun müqaviləsindədə var ki, hansı sahə istifadəsindədir. Digər sahələr obyektin sahibinə aiddir. Həmin şəxs orada arı, toyuq-cücə saxlayır. O, həmin sahələrə cavabdeh deyil, cavabdeh olmadığı sahəyə görə niyə cərimələnməlidir. Həmin şəxs qapı qoyub ki, kafeyə giriş-çıxışı olsun. Həmin qapının açarı onda da var, lakin o, həmin sahədən istifadə etmir. Həmin hissədə kafenin otaqları yerləşir. Lakin gələn müştərilər həmin otaqlara həmin qapıdan deyil, kafenin çöl hissəsindən olan yolla gəlirlər. Obyektin sahibi yoxlama zamanı həmin hissədə olan soyuducuya baxılmasına mane olmuşdur. Həmin soyuducu kafenin sahibinə məxsusdur. Belə ki, kafenin sahibi həmin soyuducuya bal, turşu və başqa istifadə etdiyi qidaları yığır. Həmin obyektə yalnız bir kafe fəaliyyət göstərir ki, oda onun işlətdiyi yerdir. Obyekt böyük olsada başqa məqsədlər üçün istifadə edilmir. Həmin sahənin ona heç bir aidiyyəti yoxdur. Həmin sahədə qab-qacaq yığılsa da onlar obyektin sahibinə məxsusdur və o, həmin əmlakların kirayə verilməsi ilə məşğul olur. Lakin həmin sahəyə açılan qapının açarı onda olur. Bunun səbəbi əsasən obyekt sahibi gələndə onunla görüşmək və məşət tullantılarının atılmasına görə həmin qapıdan istifadə etdiyi üçündür. Böyük soyuducu kafenin içində deyil, çöldə çardağın başındadır, ət saxlamaq üçün böyük soyuducudur və kafenin sahibinə məxsusdur. Kafenin sayğacı birdənədir. İşiq pulunuda o ödəyir. Yoxlama zamanı yoxlama keçirən əməkdaş soyuducunun qapısını açmış, həmin yerin mülkiyətçisi demiş ki, soyuducu ona məxsusdur, kafeyə aid deyil baxmağa icazə verməmişdir. Yoxlama keçirən əməkdaşlar həmin soyuducuya baxış keçirərkən o, da onlarla soyuducunun yanına getmiş, lakin heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Qida X2 X11 baş məsləhətçisi X10 izahat verib bildirdi ki, Azərbaycan Respublikasının X3 yoxlamanın aparılması haqqında qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların çıxarışına əsasən yoxlama keçirilmiş, yoxlama keçirilən zaman onlar ilkin olaraq soyuduculara, mətbəxt sahəsinə baxdıqdan sonra, mətbəxt sahəsinin qapısından orada şəkildədə görünür pəncərədən yardımcı sahə gürünür, həmin yardıncı sahədə əlavə soyuducular, şənlik keçirmək üçün boşqablar, qazanlar və avadanlıqlar görmüşlər. Onlara orada olan soyuduculara Şəxs ilə bərabər hazırda adını xatırlamadığı obyektin sahibi baxmağa şəait yaratmamışlar. Onların açmış olduqları soyuduculardan birinə baxmışlar, amma obyektin sahibi təpiklə vurmuş və baxmağa icazə verməmişdir. Həmin açdıqları soyuducuda turşular var idi. Sonra səs-küy salıb digərlərinə baxmağa icazə vermədilər. Kafenin içində yoxlama aparmışdılar, lakin kafe kimi fəaliyyət göstərən obyektdə soyuducularda ərzaq olmalı idi, amma yoxlanılan soyuducularda həmin ərzaqlar yox idi. Belə ki, kafedə olan soyuducular demək olar ki, boş idi. Həmin kafedə İXM-nin 447.0.3-cü maddəsi ilə qəbul edilmiş qərar üzrə tapılan məhsul kafenin içində aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X2 X11 rəisi Bürcü Cabbarov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, ŞYQ – 23/174 saylı Yoxlamanın aparılması haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Şamaxı rayonu, Göylər kəndində yerləşən Şəxs məxsus olan qeyri-yaşayış sahəsinə yoxlanılmanın aparılmasına icazə verilmişdir. İş materiallarında olan KY231941613 nömrəli, xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi, Azərbaycan Respublikasının X3 əməkdaşları tərəfindən Şamaxı rayonu, Göylər kəndində yerləşən Şəxs istifadəsində olan “Sərin” kafesində xx.xx.2023-xx.xx.2023-cü il ərzində plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. İş materiallarında olan xx.xx.2021-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Şamaxı rayonu Göylər kəndində yerləşən 20 kv.m. qeyri-yaşayış sahəsi 5 il müddətinə X7 tərəfindən Şəxs icarəyə verilmişdir. İş materiallarında olan Şamaxı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli sərəncamından görünür ki, Şamaxı rayonu, Göylər kənd sakini X5 Göylər kəndi ərazisində yerləşən ona məxsus 0,30 ha torpaq sahəsində (Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış seriyası RX № 0159512) tərtib olunmuş lahiyə əsasında, 16,4x13,3 metr ölçüdə kafe-çayxana binası tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X2 X11 baş məsləhətçisi X10 və məsləhətçi X12 tərəfində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ŞSA-23/174 saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində yerləşən “Sərin” kafesində xx.xx.2023-cü il tarixli 23/174 nömrəli qərarı və KY231941613 nömrəli çıxarışına əsasən planlı yoxlama zamanı kafenin daxilində olan soyuduculara kafe rəhbəri tərəfindən baxış keçirilməsinə şərait yaradılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X2 X11 baş məsləhətçisi X10 və məsləhətçi X12 tərəfində tərtib edilmiş imzadan imtina edilməsi barəsində xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının X3 yoxlamanın aparılması haqqında xx.xx.2023-cü il tarixli 23/174 nömrəli qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231941613 nömrəli çıxarışına əsasən xx.xx.2023-cü il tarixində Şamaxı rayonu, Göylər kəndində fəaliyyət göstərən Şəxs məxsus “Sərin” kafesində plandankənar yoxlama keçirilmiş, yoxlama zamanı sahibkara onun yoxlama ilə bağlı hüquq və vəzifələri izah olunmuş, lakin sahibkar vəzifəli şəxs Şəxs xx.xx.2023-cü i tarixli ŞBA-23/174 nömrəli baxış aktına, xx.xx.2023-cü il tarixli ŞYA-23/174 nömrəli yoxlama aktına, xx.xx.2023-cü il tarixli ŞŞA-23/174 nömrəli texniki vasitələrdən istifadə aktına, xx.xx.2023-cü il taixli MN ******* və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında prtokoluna imza etməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 X13 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində yerləşən “Sərin” kafesində aparılan yoxlama zamanı, kafe sahibinin kafenin daxilində olan soyuduculara baxılmasına şərait yaratmamışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında iştirak edən şəxslərin və şahidin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs baxılmasına şərait yaradılmayan həmin soyuducunun yerləşdiyi əraziyə sərbəst daxil olmaq imkanları mövcuddur. Həmin soyuducunun qapısı açılan zaman orada turşular olması görünmüş, lakin həmin soyuducuya baxılmasına imkan verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin obyektdə başqa kafe fəaliyyət göstərmədiyi halda istifadə olunmayan sahədə soyuducunun olması, həmin soyuducuda turşuların olması, həmin soyuducunun “Sərin” kafesinin elektrik sayğacaından istifadə edilməklə fəaliyyət göstərməsi, Şəxs tərəfindən fəaliyyət göstərən “Sərin” kafesinin daxilində olan soyuducuların içərisində avqust ayında ərzaqların çox az olması Şəxs məhz həmin soyuducudan da istifadə etdiyini deməyə əsas verir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən bunun əksini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vəzifəli şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar