Məhkəmə qərarları › İş №3(074)-102/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-102/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-102/2025 27.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-677/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 3(074)- 677/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qərarı və inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında 25 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilsmiş və işə yenidən baxılması üçün material Şamaxı Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokol tərtib olunsa da, protokol natamam tərtib edilmiş, istinad edilən icra sənədinin tarixi düzgün göstərilməmiş, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan materialların nədən ibarət olması qeyd edilməməklə, təqsirliliyi təsdiq edən sübutların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş və Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş və Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar