Məhkəmə qərarları › İş №3(074)-103/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-103/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-103/2025 03.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, X4 Təhsil İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsindən daxil olmuş inzibati material üzrə işin baxılmağa hazırlanması zamanı m ü ə y y ə n e t d i: X4 Təhsil İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Təhsil İdarəsi barəsində inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 539-cu maddəsində inzibati xətanın törədilməsinə dair 539.1.1-ci maddəsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsi tərəfindən X4 Təhsil İdarəsinə səhvən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında protokolun müzakirəsində X4 Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirak etmişdir. Lakin iş materiallarında X1 X4 Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi olmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X4 Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə tərtib edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə tərtib edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X4 şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar