Məhkəmə qərarları › İş №3(074)-104/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-104/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-104/2022 25.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" X24 nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin nümayəndəsi X13 iştirakları ilə, "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Şamaxı rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 3(074)-104/2022 saylı qərarı ilə "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilərək Şamaxı rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 3(074)- 104/2022 saylı qərarı ləğv edilərək hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 3(105)-311/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(074)-104/2022 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün materialın Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" X24 nümayəndəsi X8 izahat verib göstərdi ki, xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmiş X9, X10, X2 və X23na Azərbaycan Respublikası Əmək məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq orta aylıq əmək haqqının iki misli miqdarında və Azərbaycan Respublikası Əmək məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının iki misli olmaqla ümumilikdə orta aylıq əmək haqqının dörd misli miqdarında olmaqla həmin şəxslərə ayrı-ayrılıqda 812 (səkkiz yüz iki) manat müavinət hesablanmış və hər birindən 158.34 (yüz əlli səkkiz manat,otuz dörd qəpik) sosial tutulmalar edildikdən sonra hər birinin hesabına 653,66 (altı yüz əlli üç manat,altımış beş qəpik) ödənilmişdir. X1, X10, X2 və X17 işə bərpası ilə bağlı ştat üzrə vəkant yer olmadığı üçün həmin şəxsləri işlə təmin etmək hal-hazırda mümkün deyildir. Odur ki, qeyd edilənləri nəzər alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin nümayəndəsi X22 izahat verib göstərdi ki, X1, X5, X2 və X17 Şamaxı rayon X15 Hüquqi şəxsində əmək hüquqlarının pozulması barədə X21 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə ünvanladıqları müraciətlərinə baxılmışdır. Araşdırma zamanı X21 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, X9 və digərləri ilə bağlanılmış əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (İşçilərin sayı və ştatları ;xtisar edildikdə) əsasən xitam verilərkən həmin Məcəllənin 77-ci və 80-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işəgötürən tərəfindən X9 və digərlərinə müəyyən olunmuş əmək stajından asılı olaraq xəbərdarlıq müddəti verilməmiş, müəssisənin Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınmamış və onlara müəyən edilmiş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilməmişdir. X9 və digərlərin əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyindən 15 (on beş) gün ərzində onların əvvəlki vəzifələrinə bərpa edilərək nəticəsi barədə X21 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə məlumat verməsi xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan İşçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlrı onlara bildirilmişdir. Lakin icrası məcburi olan göstərişlər icra edilməmişdir. Odur ki, bütün bunları nəzərə alaraq "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" X24 barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan MN ******* nömrəli 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X9 və digərlərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən xitam verilərkən həmin məcəllənin 77-ci və 80-ci maddələrinin tələbləri pozulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə №**********6 saylı məktubdan görünür ki, X21 Xidmətinin İsmayıllı regional ərazi şöbəsinə 11 fevral 2022-ci il tarixdə KOL**********1 saylı qeydiyyatla birbaşa daxil olmuş Şamaxı rayon X15 Hüquqi şəxsində sürücü vəzifəsində işləmiş X9, X6, X2 və X17 əmək hüquqlarının pozularaq işdən azad olunmaları, son haqq-hesablarının ödənilməməsi, işlərinə bərpa olunmaqlarına və son haqq-hesablarının ödənilməsinə köməklik göstərilməsi ilə bağlı X21 Xidmətinin İsmayıllı regional ərazi şöbəsinə ünvanladıqları şikayət xarakterli müraciətləri X21 Xidmətinin İsmayıllı regional ərazi şöbəsində araşdırılması üçün adları qeyd olunan şəxslərə aid əmək qanunvericiliyi üzrə təsbit olunmuş sənədləri “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası qanununa uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq X21 Xidmətinin İsmayıllı regional ərazi şöbəsinə (İsmayıllı şəhəri, H.Əliyev prospekti 8; tel 020-28-5-30-12) təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli №186 saylı məktubdan görünür ki, X9 xx.xx.1993-ci il (Əmr № 146) tarixdən Çuxuryurd KHM-də. X4 xx.xx.1985-ci il (Əmr№146) tarixdən Quşçu KHM-də, X2 xx.xx.2004-cü il (Əmr№ 58) tarixdən Dəmirçi KTM-də, X23 xx.xx.1995-ci il (Əmr№ 148) tarixdən Sabir QHM-də sürücü vəzifəsinə işə qəbul olunmaları; 2019-cu ildə onların istifadə etdikləri maşınların artıq istismara yararsız olduğu müəyyən olunduğu üçün adları qeyd olunan sürücülər xx.xx.2019-cu il tarixdənxx.xx.2020-ci il tarixə kimi ödənişsiz məzuniyyətə buraxılmaları; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 418 saylı Fərmanının 2-ci hissəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən Şamaxı RMX-sı PHŞ-si İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "TƏBİB" X24 tabeliyinə keçirilmişdir. “TƏBİB”-in Şamaxı RMX-sı PHŞ-si üçün tərtib olunmuş xx.xx.2020-ci il tarixli Ştat cədvəlinə uyğun olaraq bu məntəqələr üzrə olan sürücü ştatları ixtisar olunduğu üçün X9, X5, X2, X23 Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə uyğun olaraq işdən azad edilmişlər. Onların hər birinə istifadə etmədiyi məzuniyyət günlərinə görə son haqq-hesab ödənilmələri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti İsmayıllı regional ərazi şöbəsə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli №**********6 saylı məktubdan görünür ki, araşdırma zamanı X21 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə təqdim edilmiş sənədlərdən müəyyən olunmuş ki, X9 və digərləri ilə bağlanılmış əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən xitam verilərkən həmin Məcəllənin 77-ci və 80-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işəgötürən tərəfindən X9 və digərlərinə müəyyən olunmuş əmək stajından asılı olaraq xəbərdarlıq müddəti verilməmiş, müəssisənin Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınmamış və onlara müəyən edilmiş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli №316 saylı məktubdan görünür ki, mürəciət əsasında araşdırma aparılmış, xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmiş X9, X10, X2 və X23na Azərbaycan Respublikası Əmək məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq orta aylıq əmək haqqının iki misli miqdarında və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının iki misli olmaqla ümumilikdə orta aylıq əmək haqqının dörd misli miqdarında olmaqla həmin şəxslərə ayrı-ayrılıqda 812 (səkkiz yüz iki) manat müavinət hesablanmış və hər birindən 158.34 (yüz əlli səkkiz manat,otuz dörd qəpik) sosial tutulmalar edildikdən sonra hər birinin hesabına 653,66 (altı yüz əlli üç manat,altımış beş qəpik) ödənilmişdir. X1, X10, X2 və X17 işə bərpası ilə bağlı ştat üzrə vəkant yer olmadığı üçün həmin şəxsləri işlə təmin etmək hal-hazırda mümkün olmaması bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli №156-K saylı əmrin surətindən görünür ki, X9, X10, X2 və X23na Azərbaycan Respublikası (Əmək məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən Əmək müqaviləsinin bu məcəllənin bu 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə həmin işəgötürənlə bağlanmış əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq əmək haqqının azı iki misli miqdarında) işdən çıxarma müavinəti Azərbaycan Respublikası Əmək məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən (İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyən edilmiş azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli) əmək haqqı ödənilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" X24 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Lakin məhkəmə tərəfindən müəyyən edildi ki, inzibati məsuliyyətə cəlbetmə müddəti ötdüyündən "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş materiallardan müəyyən edildi ki, inzibati xəta xx.xx.2020-ci il tarixdə törədilmiş, Şamaxı rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 3(074)-104/2022 saylı qərarı ilə "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 3(105)- 311/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(074)-104/2022 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün materialın Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Hazırda inzibati xətanın baş verdiyi tarixdən iki ildən çox vaxt keçdiyindən "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta İnzibati Xətalar Məcəlləsinin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yerləşir və qeyd edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1-ci maddəsinə əsasən üç aydır. Belə olan halda, inzibati xəta haqqında protokolda "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" X24 istinad olunan inzibati xətanın xx.xx.2020-ci il tarixdə törədilməsi nəzərə alınsa, həmin əməlin törədilməsinə görə qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyi müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53.0.6, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxs barəsində 06 aprel 2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar