Məhkəmə qərarları › İş №3(074)-105/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-105/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-105/2022 20.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 22.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 22.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi 18 fevral 2022-ci il tarixdə ******* saylı protokol tərtib edərək vətəndaş AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin görülməsinə cəlb edildiyini qeyd edərək 22.02.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh etmə haqqında qərar qəbul etmişdir. Şikayət olunan qərarı 04 mart 2022-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada əldə etmiş, qanunsuz və əsassız hesab edir. Yasmal rayon məhkəməsi onların iclas zamanı təqim etdkləri və şikayətilərini əsaslandırdıqları idarədə qəbulda olan zaman qeyd etdiyikəri halları nəzərə almamış göstərdikləri halları araşdırmaq ehtiyacı belə duymamışdır. Onlar həmin sənəddə qeyd etmişlər ki, X3 əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə təmsil etdiyi şəxsin rəhbərlik etdiyi hüquqi şəxs tərəfindən cəlb edilməmişdir. Sadəcə işə götürülmədiyi üçün qərəzli şəkildə bu cür məlumat vermişdir. X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılan inzibati icraata gəldikdə isə qeyd edilməlidir ki, inzibati icraat prossesual pozuntular edilməklə aparılmış, iş üçün əhəmiyyəti hesab olunan məsələlər tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, inzibati araşdırma zamanı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işə cəlb olunmuş hesab edilən şəxslər inzibati orqana dəvət olunmamış və onların izahatları alınmamışdır. İnzibati orqan həmçinin İXM-nin 31.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 22.02.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh etmə haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 18.02.2022-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokolun surətindən görünür ki, vətəndaş X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11.09.2021-ci il tarixdən 24.10.2021-ci il tarixədək hər hansı işlərin yetirilməsinə cəlb edilmşdir. X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 22.02.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, vətəndaş X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin yetirilməsinə cəlb edilmşdir. Bunun əsasında X5 barəsində tərtib edilmiş 18.02.2022-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokol əsas götürülərək X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X5 inzibati xəta haqqında 18 fevral 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilərkən protokolla tanış edilməmiş, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi onun iştirakı təmin edilməmiş, mübahisələndirilən qərar qəbul edilən zaman ümumiyyətlə şəxsə barəsində inzibati icraat aparılması barədə məlumat verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək hüqüqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin səlahiyyətli orqan tərəfindən tərəflər arasındakı münasibətlərin əsası araşdırlmamış, əmək müqaviləsinin bağlanılıb-bağlanılmaması araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 22.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin X2 barəsində olan 22.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar