Məhkəmə qərarları › İş №3(074)-106/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-106/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-106/2025 13.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 24627282 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 24627282 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə onun mülkiyyətində və istifadəsində olan “Mersedes Benz E220 CDİ” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üçün DİN BDYPİ-nin xx.xx.2024-ci il tarixli 80 (səksən) manat inzibati cərimə qərarı dəyşdirilmədən öz qüvvəsində saxlanılmışdır. xx.xx.2024-cü il tarixli cərimə qərarının ləğv olunması üçün xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək qərar ləğv olunaraq iş materialları yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilməsi qərara alınmışdır. Cərimənin faiz məbləği artaraq 160 manat olmuş və avtomobil məcburi qaydada cərimə meydançasına aparılmışdır. Sonradan məhkəmənin bu qərarını götürüb 14 fevral 2025-ci il tarixdə DİN-nin BDYPİ-yə getmiş, orada maşınının üzərindən həbsi götürmüşlər və əlavə 80 manat faiz məbləğini sistemdən silib yenə də əvvəlki 80 manat əsas cərimə məbləğini olduğu kimi sistemdə qüvvədə saxlamışlar. Bununla əlaqədar X1 04 mart 2025-ci il tarixində çap edilməklə xx.xx.2024-cü il tarixli cərimə qərarının qüvvədə qalmasına dair ikinci xx.xx.2025-ci il tarixli yeni qərar verdilər. BDYPİ-də ona bildirmişlər ki, Şamaxı Rayon Məhkəməsi qeyri-ciddi qərar verdiyinə görə onlar cəriməni sistemdən tam silə bilmirlər. Ona qarşı belə qanunsuz əməlləri təkrarən onunla izah edir ki, idarə etdiyi “Mersedes Benz E220 CDİ” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə o, göstərilən yerdə guya saat 22:42-də keçmiş və yaxud saxlamış olduğu faktı yazılmışdır. Bu gecə vaxtıdır, lakin fotoşəkil gündüz görüntüsünə aiddir. Halbuki, gecə vaxtı saat 22:42-də nə avtobus işləmir, nə də onun avtomobili və ətrafdakı digər avtomobillər və avtobus gündüz vəziyyətindəki kimi görünə bilməzlər. İş materiallarına daxil edilmiş fotoşəkil gündüz görüntüsünə aid olduğundan ona inzibati cərimə qərarında yazılanlar yalandır, həqiqəti əks etdirim. 14 fevral 2025-ci il tarixdə o, bu faktları BDYPİ-nin onu qəbul edən əməkdaşna bildirmiş və o da onun haqlı olduğumu qeyd etmiş və onların onun haqsız olmağına dair sübutlarının yoxluğunu da ona şifahi bildirmişlər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 24627282 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş X5 və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 80 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 80 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin Məcəllənin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 24627282 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar real vaxt rejimində tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 24627282 nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 24627282 nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar