Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-107/2022 14.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Şamaxı rayonu Cabanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu 2-ci Cabanı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 14.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 09.01.2022-ci il tarixdə saat 16:00 radələrində Şamaxı rayonu, 2-ci Cabanı kəndində Şəxs həyətyanı sahəsinin yaxınlığında aralarında yaranmış münaqişə zamanı Şəxs ilə Zərərçəkmiş şəxs bir-birlərini vuraraq xəsarət yetirməsi faktı alınmış, izahatlar və Məhkəmə Tibbi Ekspertizasının 12.01.2022-ci il tarixli 11 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətin dərəcəsinə görə bu əməl qanunvericiliyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 09.01.2022-ci il tarixdə Vüqar Adlı şəxsin iri buynuzlu heyvanları onun həyətyanı sahəsinə daxil olmuşdur. O heyvanları çıxarmış, Vüqarı çağıraraq heyvanlarının həyətinə vurduğu ziyanı bildirmiş və Vüqar onun ünvanına nalayiq ifadələr işlətmişdir, Onların aralarında mübahisə yaranmış, onun sinəsindən yapışıb yerə yıxmış və onu boğub ağacla vurmuşdur. O, yerə yıxıldığından ona qarşılıqlı müqavimət göstərə bilməmişdir. Sonra Vüqarın oğlu gəlib onun qollarından tutmuş və atası Vüqar onu ağacla vurmağa başlamışdır. O, aralanandan sonra 102 xidmətinə şikayət etmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 09.01.2022-ci il tarixində ona məxsus iri buynuzlu heyvanlar Novruzalı adlı şəxsin həyətyanı sahəsinə daxil olmuşdur. Heyvanlarını həyətyanı sahəsindən çıxarmış, onu yanına çağırıb onun unvanına nalayiq ifadələr işlətməməsini bildirmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış və Novruzalı onun üstünə gəlmişdir. O, onu itələmiş və Novruzalı yıxılmışdır. Novruzalı ayağa qalxaraq onun üzərinə daş şüşə butulkası, odun parçası atmışdır. Həmin əşyalar onun sağ ayağında zədələr yaratmışdır. Novruzalı ilə barışmamışdır. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şamaxı rayonu 2-ci Cabanı kəndində yaşayanlar Şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barədə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-yə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, MTE-nin 12.01.2022-ci il tarixli, 11 saylı rəyinə Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində sağ bud nahiyyəsinin bir ədəd qançırı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixə və şəraitə, yəni 09.01.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkünlüyü, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilməməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarıı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-107/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-107/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver