Məhkəmə qərarları › İş №3(074)-109/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-109/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-109/2025 01.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X16 Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X16 Şöbəsinin MN ******* nömrəli, 03 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X16 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X16 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 03 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X16 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 700 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X16 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini X7 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X16 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X16 Şöbəsi tərəfindən Məktəbəqədər və Ümumi Təhsil üzrə X9 Şirvan Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair İnzibati xəta haqqında 03 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X16 Şöbəsi qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək X16 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini X7 barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərar ləğv olunmalıdır. Belə ki, şikayətçi X1 rayonu İ.Rəsulov adına Muğanlı kənd tam orta ümumtəhsil məktəbində direktor və eyni zamanda müəllim kimi işləmiş, hazırda da həmin məktəbdə fəaliyyətini müəllim olaraq davam etdirir. X5 ilə direktor vəzifəsi üzrə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3- 1-34K/2025 nömrəli əmrinə əsasən 16 yanvar 2025-ci il tarixdən, əvvəlcədən elektron informasiya sistemi vasitəsilə xəbədarlıq edilməklə yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmadan xitam verilmişdir və mövcud qanunvericiliyin tələblərinə əsasən hazırda həmin məktəbdə qalıb müəllim kimi fəaliyyətini davam etdirir. X1 rayonu üzrə təhsil sektorunun mərkəzləşdirilmiş mühasibatlığına ərizə ilə müraciət edərək ona ödəniləcək olan direktor vəzifəsi üzrə son haqq-hesabdan imtina etmiş və müəllim olaraq yay tətili dövründə məzuniyyət pulu ilə birgə ödənilməsini xahiş etmişdir. Buna görə işçi ilə işəgötürən arasında razılıq olmasının, həmçinin Şamaxı rayonu İ.Rəsulov adına Muğanlı kənd tam orta ümumtəhsil məktəbinin sabiq direktoru və hazırki müəllimi X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X16 Şöbəsinə ünvanladığı şikayət ərizəsini geri götürməsi barədə 25 fevral 2025-ci il tarixli müraciətini nəzərə almadan 03 mart 2025-ci il tarixdə X14 Xidmətinin X16 Şöbəsinin qərar qəbul etməsini, 18 fevral 2025-ci il tarixə təyin edilmiş “X13”nda iştirak etməməsini, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.2 maddəsinə əsasən, eləcədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri X10 birgə imzaladığı “Kollektiv saziş”in 3.1.2 və 3.1.14-cü yarımbəndlərinə istinad edərək işçinin məzuniyyət hüququ ilə əlaqədar olaraq müraciətini nəzərə alıb hüququnu pozmadığına görə, eləcədə Bakı şəhəri Nizami rayonu prokurorluğunun müvafiq vətəndaş müraciətinə əsasən təqdimatına uyğun olaraq etik davranış qaydalarını pozduğu üçün X16 Təhsil İdarəsinin “İntizam tənbehinin tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1-250K/2024 nömrəli əmrini və bununla bağlı X2 xx.xx.2024-cü il tarixli izahatını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X16 Şöbəsi tərəfindən X16 Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair 03 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli Qərarına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş hüquqi şəxs X16 Təhsil İdarəsinin nümayəndəsi X8 şikayətin məzmununa uyğun izahat veriərək şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X16 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X2 direktor kimi işinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, amma müəlllimə kimi fəaliyyətinə davam etmişdir. xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək Muğanlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilməyi ilə bağlı təyin olunmuş axırıncı haqq hesabını hazırda almaqdan imtina etmiş, həmin ödənişin müəllim kimi yay məzuniyyətinə çıxarkən ona ödənilməsinin təmin edilməsi bildirilmişdir. Buna görə də onun ərizəsi nəzərə alınaraq həmin vaxt ona son haqq-hesab ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X15 izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, X5 işdən azad olunarkən əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmışdr. X5 barəsində əmək müqaviləsinə xitam verilmiş və ona qanuna əsasən son əmək haqqı hesablanaraq ödənilməli idi. Əvvəl həmin şəxs direktor vəzifəsində olmuş, lakin sonrada müəllim vəzifəsində keçirilmişdir. Yəqinki qarşı tərəf iddia edəcəkdir ki, həmin vaxt vəzifə dəyişikliyi olmuş, amma hər bir halda əmək müqaviləsinə xitam verilmiş, dəyişiklik olmamışdır. Bu baxımdanda qanunun tələbinə əsasən son haqq-hesab qanuni şəkildə ödənilməli idi. Həmin əmək haqqının ödənlməsi ilə bağlı heç bir bank çıxarışı olmadığından və təqdim olunmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X16 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 03 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şamaxı rayonu, İ.Rəsulov adına Muğanlı kənd tam orta məktəbin direktoru X5 işdən azad olunarkən əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Bununla da X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X16 Şöbəsi tərəfindən X16 Təhsil İdarəsininin müdiri səlahiyyətlərini icra edən Həmid Qasımova xx.xx.2025-ci il tarixdə ünvanlanan məktubun surətindən görünür ki, X14 Xidmətinin X16 şöbəsinə 03 fevral 2025-ci il tarixdə daxil olmuş Şamaxı rayonu, Muğanlı kəndində yaşayan X2 X16 Təhsil İdarəsinin Şamaxı rayonu, Muğanlı kəndi İ.Rəsulov adına tam orta məktəbində 2022-ci ildən direktor vəzifəsində işləməsi, onunla bağlanılmış müddətli əmək müqaviləsinə xəbərdarlıq edilmədən xx.xx.2025-ci il tarixdə xitam verilməsi və işlədiyi işinə bərpa edilməsinə köməklik göstərilməsi ilə bağlı X14 Xidmətinin X16 şöbəsinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin X16 şöbəsində araşdırılmışdır. Müraciətin qanunvericiliyə uyğun araşdırılması məqsədilə müraciətə aydınlıq gətirilmələri X3 aid əmək qanunvericiliyi üzrə təsbit olunmuş sənədləri “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikasının qanununa uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq X14 Xidmətinin X16 şöbəsinə (İsmayıllı şəhəri, H. Əliyev prospekti 8; tel ***-***-**-**, daxili 6232) təqdim etməkləri xahiş edilmişdir. İş materiallarında olan Şamaxı rayonu, Muğanlı kəndində yaşayan X3 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 X16 Təhsil İdarəsi tərəfindən əmək hüquqlarının pozulması və pozulmuş əmək hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin X16 şöbəsinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin X16 şöbəsində araşdırılmışdır. Müraciətinin araşdırılmasında qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi məqsədilə izahatının alınması və əmək haqqı barədə bank çıxarışının təqdim edilməsi üçün (çıxarışı əmək haqqı aldığı müvafiq bankın istənilən filialından əldə edə bilməsi) 7 iş günü ərzində X14 Xidmətinin X16 şöbəsinə (İsmayıllı şəhəri, H. Əliyev prospekti 8; tel ***-***-**-**, daxili 6232) gəlməyi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-1- 34K/2025 nömrəli əmrindən görünür ki, Şamaxı rayonu, Muğanlı kəndi İ.Rəsulov adına tam orta məktəbində 2022-ci ildən direktoru X5 ilə bağlanmış müddətli əmək müqaviləsinə 16 yanvar 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi ilə) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, X3 onunla Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətinin 16 yanvar 2025-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan X2 xx.xx.2025-ci i tarixli ərizəsindən görünür ki, Muğanlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilməyi ilə bağlı təyin olunmuş axırıncı haqq hesabını hazırda almaqdan imtina edir. Qeyd olunan ödənişin müəllim kimi yay məzuniyyətinə çıxarkən ona ödənilməsinin təmin edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Qeyd edilən Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Şamaxı rayonu, İ.Rəsulov adına Muğanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru X2 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verildiyindən həmin gün onun sonuncu iş günü hesab edilir. Buna görə də xx.xx.2025-ci il tarixdə ona son haqq-hesab artıq ödənilməli idi. X2 əmək müqaviləsinə xitam veriləndən sonra xx.xx.2025-ci il tarixli ərizəsinin olması inzibati xətanı aradan qaldıran hal kimi nəzərə alına bilməz. Belə olan halda X16 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X16 şöbəsinin MN ******* nömrəli, 03 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X16 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X16 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar