Məhkəmə qərarları › İş №3(074)-110/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-110/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-110/2025 01.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X15 Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsinin MN ******* nömrəli, 04 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X15 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 04 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X15 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X15 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini X8 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsi tərəfindən Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Şirvan Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair İnzibati xəta haqqında 04 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsi qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək X15 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini X8 barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərar ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 20 dekabr 2021-ci il tarixli, 3059 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu həmçinin bu strukturun tərkib hissəsi olan qurumların ləğv edilməsi Regional Təhsil İdarələrinin yaradılması və bununla bağlı müvafiq işlərin icra edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Nazirlər Kabinetinin 29 dekabr 2021-ci il tarixli 758 s nömrəli sərəncamı ilə dövlət başçısının xx.xx.2021-ci il tarixli 3059 nömrəli sərəncamının icrası ilə bağlı müəyyən dövr ərzində görülməli olan işlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. “Regional Təhsil İdarələrinin Əsasnaməsini”nin, regional təhsil idarələrinin strukturlarının, işçilərinin say hədlərinin və strukturlarına daxil olmayan tabeliyində olan qurumlarının siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 11 aprel 2022-ci il tarixli, F-184 nömrəli əmr imzalanmışdır. Beləliklə vətəndaş X6 barədə əmri tərtib edən qurum X15 Təhsil İdarəsi yox ləğv edilən Qobustan Rayon Təhsil Şöbəsi olmuşdur və yaranmadan öncəki tərtib edilən hər hansı sənəd üçün məsuliyyət daşımır. Həmçinin müvafiq sənədlərə baxış zamanı məlum olur ki, Qobustan şəhər 1 nömrəli uşaq bağçasının müdiri səlahiyyətləri Əhmədova Əfsanəyə ictimai əsaslarla həvalə edilmişdir (əmr əlavə edilir). Eyni zamanda işçiyə əlavə əmək haqqının ödənilməməsi barədə iddiasının əsassız olmasını onunla əlaqələndirirlər ki, Əhmədova Əfsanə aylıq əmək haqqının hesablama-ödəmə cədvəlinə şəxsən imza çəkmiş, tərtibində iştirak etmiş, heç bir iddia qaldırmadan, cədvələ əlavə əmək haqqını qeyd etmədən təsdiq etmişdir (cədvəllər əlavə edilir). Bu halda vətəndaşın əmək hüquqları şəxsən özü tərəfindən pozulmuşdur. Qobustan şəhər 1 nömrəli uşaq bağçasının müdiri səlahiyyətlərini müvafiq əmrə əsasən ictimai əsaslarla icra etdiyi dövr ərzində X15 Təhsil İdarəsinə etirazı ilə bağlı müraciəti olmadığı üçün əlavə əmək haqqı ödənişinin edilməsi tərəflərindən məqsədə müvafiq hesab edilməmişdir. Əlavə olaraq bildirirlər ki, vətəndaş X6 barədə X15 Təhsil İdarəsi tərəfindən heç bir zaman həvalə barədə əmr tərtib edilməmişdir. Daha sonra 13 fevral 2023-cü il tarixdə ərizə ilə müraciət edərək müdir səlahiyyətlərini icra etməkdən imtina etmiş və Qobustan şəhəri 1 nömrəlu uşaq bağçası 13 fevral 2023-cü il tarixdən digər şəxsə həvalə edilmişdir. X1 həyat yoldaşı X6 barəsində X15 Təhsil İdarəsinin heç bir həvalə əmrinin verilməməsini, əmri verən qurumun ləğv edilməsini, Azərbaycan Respublikası Təhsil nazirinin 11 aprel 2022-ci il tarixli, F-184 nömrəli əmrinə əsasən yaradılmamışdan qabaq verilmiş ləğv edilən qurumun hər hansı verdiyi əmrə görə heç bir məsuliyyət daşımamasını, əmək haqqı cədvəllərinə şəxsən Əhmədova Əfsanənin imza çəkib təsdiq etməsini, eyni zamanda qeyd edilən tarixdə həvalə barədə vətəndaşın heç bir imtina ərizəsi yazmadığını, 2022-ci ildə baş vermiş iş barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsinin 04 mart 2025-ci il tarixdə qərar verməsini, qeyd olunan məsələ ilə əlaqədar qərar verən orqanın xüsusi marağının olmasını, qərarda qeyd edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin məsələyə heç bir aidiyyətinin olmamasının, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4. və 3.0.5 maddələrinə əsasən ictimai əsaslarla hər hansı işin icra edilməsinin mümkünlüyünü, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində qeyd edilən müddətin keçməsini, həmçinin bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsinin 2022-ci il tarixdən 04 mart 2025-ci il tarixədək heç bir qərarının olmamasını, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilən iddia müddətlərinin ötməsini, bununla əlaqədar X12 Xidmətinin X15 Şöbəsinin 2025-ci il ildən etibarən dəfələrlə protokol tərtib edib qərar verməməsini, müvafiq qərar vermədən Şamaxı Rayon Məhkəməsinə barələrində əsassız müraciətini halbuki bununla bağlı barəsində qərar qəbul edilən orqanın aidiyyəti qurumlara müraciət etməli olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsi tərəfindən X15 Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair 04 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli Qərarına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş hüquqi şəxs X15 Təhsil İdarəsinin nümayəndəsi X9 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında işə baxılması ilə əlaqədar onlara məlumat verilmiş və onlarda iştirak etmişlər. Sadəcə əvvəlki illərdə inzibati xətanın olması ilə bağlı heç bir məlumat verilməmişdir. Müddətin keçməsi ilə bağlı ona istinad edirlər ki, inzibati xəta olmuş olsa belə 2023-cü ildə olmuş, ona əmri verən qurum ləğv edilmişdir. Onlar həmin əmri yazmamışlar. Ə.Əhmədovaya boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edildiyi dövr üçün əmək haqqı fərqinin ödənilməsini təmin etməsi və bu barədə 30 gün müddətinə X12 Xidmətinin X15 şöbəsinə məlumat verməsinə barədə bildiriş onlara çatmış, sadəcə onlarda maliyyə sisteminə hər ilin sonunda büdcədən pul ayrılır və ilin sonunda büdcə sistemi bağlı olur. Onlarda 2022-2023-cü ildə olan borcu ödəmək üçün maliyyə vəsaiti ayrılmır, ona görədə ödəniş edə bilmirlər. Əmri verən ləğv edilən qurum Qobustan rayon üzrə Təhsil Şöbəsidir. Hazırda həmin qurum X15 Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərir. Əvvəlki məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X13 izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Bu səbəbdən Ə.İ.Əhmədovaya boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edildiyi dövr üçün əmək haqqı fərqinin ödənilməsini təmin etməsi və bu barədə 30 gün müddətinə X12 Xidmətinin X15 şöbəsinə məlumat verməsinə göstəriş verilmişdir. Həmin göstəriş yerinə yetirilməyib. Bu baxımdanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmış və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamın əsasları, əmək şəraiti və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarların və göstərişlərin əmək münasibətlərinin iştirakları tərəfindən icra edilməmişdir. Bununla da X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsi tərəfindən X15 Təhsil İdarəsininin müdiri səlahiyyətlərini icra edən Həmid Qasımova xx.xx.2025-ci il tarixdə ünvanlanan məktubun surətindən görünür ki, X1 həyat yoldaşı X2 X15 Təhsil İdarəsi tərəfindən əmək hüquqlarının pozulması və pozulmuş əmək hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin X15 şöbəsində araşdırılmışdır. Müraciətdə qaldırılan məsələ ilə bağlı araşdırma zamanı X12 Xidmətinin X15 şöbəsinə X15 Təhsil İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Ə.İ.Əhmədova sonuncu dəfə xx.xx.2020-ci il tarixdə X15 Təhsil İdarəsi Qobustan şəhəri 1 saylı uşaq bağçasına müddətsiz əmək müqaviləsi üzrə tərbiyəçi işinə qəbul edilmşdir. X15 Təhsil İdarəsi Qobustan rayonu üzrə təhsil sektorunun 19 fevral 2022-ci il tarixli 7 saylı əmri ilə həmin bağçanın boş olan bağça müdiri vəzifəsinin funksiyalarının icrası Ə.İ.Əhmədovaya həvalə edilmişdir. Lakin boş olan bağça müdirinin vəzifə funksiyasının icrası Ə.Əhmədovaya həvalə edilməsinə baxmayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinin (Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir) tələbləri pozularaq əlavə əmək haqqı ödənilməmişdir. Bildirmişlər ki, Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Bu səbəbdən Ə.İ.Əhmədovaya boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edildiyi dövr üçün əmək haqqı fərqinin ödənilməsini təmin etməyi və bu barədə 30 gün müddətinə X12 Xidmətinin X15 şöbəsinə məlumat verməyi xahiş etmişlər. Əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) barənizdə müvafiq qaydada inzibati məsuliyyət tədbiri görüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsi tərəfindən X15 Təhsil İdarəsininin müdiri səlahiyyətlərini icra edən Həmid Qasımova xx.xx.2025-ci il tarixdə ünvanlanan bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında X12 Xidmətinin X15 şöbəsinin 24 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 04 mart 2025-ci il tarixdə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X12 Xidmətinin X15 şöbəsinə (İsmayıllı şəhəri H.Əliyev prospekti 8; tel ***-***-**-**, daxili 62-32 (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən)) dəvət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-1397K/2024 nömrəli vəzifənin həvalə edilməsi barədə əmrin surətindən görünür ki, X5 xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək yəni, 3 ay müddətinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Şirvan Regional Təhsil İdarəsinin müdir vəzifəsi həvalə edilmişdir. İş materiallarında olan Əfsanə Əhmədovanın xx.xx.2025-ci i tarixli ərizəsindən görünür ki, o, müdir vəzifəsinin səlahiyyətlərini icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta tərkibi həmin maddədə göstərilə tələblərə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə yaranır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X15 Şöbəsi tərəfindən X15 Təhsil İdarəsininin müdiri səlahiyyətlərini icra edən Həmid Qasımova xx.xx.2025-ci il tarixdə məktub ünvanlanmış lakin həmin tələblər icra edilməməişdir. Belə olan halda X15 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X15 şöbəsinin MN ******* nömrəli, 04 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X15 Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar