Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-112/2022 20.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 oğlunun, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Dəvəçi rayonu, Uzunbayat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 20.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verib bildirdi ki, Yasamal rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli, 2(004)-1895/2018 saylı icra sənədinə əsasən 02.02.2013-cü il tarixli müqavilə üzrə 26785,48 manat əsas borc, 1124 manat cərimə borc, cəmi 27909,48 (iyirmi yeddi min doqquz yüz doqquz manat qırx səkkiz qəpik) manat və 27.04.2016-cı il tarixli müqavilə üzrə 39799,91 manat əsas borcu, 1423 manat cərimə borcu, cəmi 41222,91 (qırx bir min iki yüz iyirmi iki manat doxsan bir qəpik) manat və məhkəmə xərcinə görə 984 (doqquz yüz səksən dörd) manat Şəxs tutularaq “Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə ödənilməsi, 02.02.2013-cü il tarixli müqavilə üzrə tutma Şəxs məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə) və X1 məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə), 27.04.2016-cı il tarixli müqavilə üzrə tutma isə X4 məxsus olan Şamaxı rayon Şırvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə (ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və X5 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə (ilkin satış qiyməti 21500 manat müəyyən edilməklə) və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə) yönəldilərək, ipoteka predmetlərinin açıq hərracdan satılmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Şəxs Tərlan oğlu izahat verib bildirmişdir ki, borcunun əmlakına və gəlirlərinə yönəldilməsinə heç bir etirazı yoxdur. Odur ki, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda Şəxs Tərlan oğlunun icra sənədi üzrə 70116,39 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədinin icrasından yayınmır, lakin halhazırda borcunu tam şəkildə ödəyə bilmir, amma girov qoyulmuş əmlakların qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirilməsi və hərrac vasitəsi ilə satılmasına heç bir etirazı yoxdur. O, hazırda fəhlə işləyir və borcun onun əmək haqqına yönəldilməsini istəyir. Maddi imkanı olduqca çalışıb borcunu hissə-hissə ödəyərək bitirəcəkdir. Eyni zamanda qeyd edir ki, borcunuun ödənilməsi üçün tələbkar tərəfindən ona heç bir şərait yaradılmamışdır. Odur ki, bunları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır. Borclu Şəxs maddi imkanı çatan qədər çalışıb borcunu hissəhissə ödəyərək bitirəcəkdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X7 izahat verib bildirdi ki, borclu Şəxs dəfələrlə şərait yaradılmış ki, heç olmasa ayda 3000-5000 manat ödəniş etsin, lakin o, açıq aşkar bildirmişdir ki, onun ödəniş etməyə fikri və qabiliyyəti yoxdur. Eyni zamanda borclu aylıq əmək haqqı 300 manat olmaqla işə düzəlib və əmək haqqına yölədilməsini istəyir. Belə görünür ki, Şəxs icra sənədinin icrasından boyun qaçırır, icra etmir. Odur ki, hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli, 2(004)- 1895/2018 saylı icra sənədinə əsasən 02.02.2013-cü il tarixli müqavilə üzrə 26785,48 manat əsas borc, 1124 manat cərimə borc, cəmi 27909,48 (iyirmi yeddi min doqquz yüz doqquz manat qırx səkkiz qəpik) manat və 27.04.2016-cı il tarixli müqavilə üzrə 39799,91 manat əsas borcu, 1423 manat cərimə borcu, cəmi 41222,91 (qırx bir min iki yüz iyirmi iki manat doxsan bir qəpik) manat və məhkəmə xərcinə görə 984 (doqquz yüz səksən dörd) manat Şəxs tutularaq “Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə ödənilməsi, 02.02.2013-cü il tarixli müqavilə tutma Şəxs məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə) və X1 məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə), 27.04.2016-cı il tarixli müqavilə üzrə tutma isə X4 məxsus olan Şamaxı rayon Şırvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə (ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və X5 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə (ilkin satış qiyməti 21500 manat müəyyən edilməklə) və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə) yönəldilərək, ipoteka predmetlərinin açıq hərracdan satılmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 18.02.2019-cu il tarixli qərardan və həmin tarixli bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və Şəxs icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 03.03.2020-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 1569/3 saylı, 08.04.2019-cu il tarixli sifariş məktubunun icrası ilə əlaqədar hərraclar keçirilmiş və yekun haqda məlumat verilmişdir. Sifarişin icra müddətəi başa çatdığı üçün sənədlər geri qaytarılmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 02.04.2020-ci il tarixli “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ilə Yasamal rayon Məhkəməsinin 2(004)-1895/2018 saylı 31 may 2018-ci il tarixli icra sənədinin Yasamal rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında 28.04.2021-ci il tarixli qərardan və həmin tarixli bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və Şəxs icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan 15.04.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, borclu Şəxs fəhlə işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağsu şəhərində yerləşən 1,512 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəxs mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağsu şəhərində yerləşən 1,16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəxs mülkiyyətindədir. İş materiallarında olan icra işi üzrə Şəxs şəxsi kartoçkasından görünür ki, “VAZ 21310 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və “KAMAZ 53212 yük” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillər Şəxs mülkiyyətindədir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-112/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-112/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver