Məhkəmə qərarları › İş №3(074)-113/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-113/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-113/2021 16.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, barəsində olan məhkəmə qərarının icrasından yayınmır. O, hər ay maddi imkanın yol verdiyi həddə borcunu ödəməyə çalımışdır. Lakin hazırki pandemiya şəraitində son aylar ərzində ödəniş etməkdə çətinlikləri olmuşdur. Sonuncu dəfə dünən borcundan daha 150 manat ödəniş etmiş, qalan borcunu isə hər ay artıq ödənişlər etməklə ödəmək fikrindədir. Gənc olmasını, borcundan ödənişlər etməsini və ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(074)-12/2019 saylı icra sənədinə əsasən Şəxs xx xxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci ilə kimi mağazada satıcı kimi işlədiyi dövr ərzində ümumilikdə yaranan 4,175 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X2 verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclulara tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun icra sənədi üzrə 1995 manat borcu var. Əvvəlki məhkəmə iclasında tələbkar X1 nümayəndəsi Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, hazırda icra sənədi üzrə Şəxs 1995 manat borcu var. Şəxs hər ay 200 manat ödəniş edəcəyini bildirmiş, tələbkar isə onun vəziyyətini nəzərə alıb razılaşmışdır. Lakin Ramin hər ay ödəniş etməmişdir. İndi borcun tam şəkildə ödənilməsini istəyir. Şəxs şikayətçidir və barəsində tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(074)- 12/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx xxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci ilə kimi iddiaçıya məxsus mağazada satıcı kimi işlədiyi dövr ərzində ümumilikdə yaranan 4,175 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X2 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli könüllü icra barədə bildirişindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun məcburi gətirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2019-cu il tarixdə X3 borclu Şəxs 600 manat pulu qəbul etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs icra vərəqəsi üzrə borcundan xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 180 manat, xx.xx.2021-ci il tarixdə 150 manat və xx.xx.2021-ci il tarixdə 150 manat ödəniş etmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə borcunu ödəməyə çalışmışdır. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar