Məhkəmə qərarları › İş №3(074)-113/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-113/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-113/2025 13.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİnin YPX inspektoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hoseinoughli Shahramın iştirakları ilə, Hoseinoughli Shahramın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Hoseinoughli Shahramın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Hoseinoughli Shahramın idarə etdiyi “X9” markalı, **-FF-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən yolun sağına çıxaraq metal dirəyə çırpılmış və nəticədə sərnişinlər X4 və X5 yüngül bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX inspektoru X3 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə Hoseinoughli Shahramın idarə etdiyi “X9” markalı, **-FF-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı- Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən yolun sağına çıxaraq metal dirəyə çırpılmış və nəticədə sərnişinlər X4 və X5 yüngül bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edərək, Hoseinoughli Shahramın barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hoseinoughli Shahram izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə o, idarə etdiyi “X9” markalı, **-FF-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən yolun sağına çıxaraq metal dirəyə çırpılmış və nəticədə sərnişinlər X4 və X5 yüngül bədən xəsarəti almışdır. Hazırda zərərçəkmiş şəxslər X4 və X1 heç bir problem yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Şamaxı RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Ağmir İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Hoseinoughli Shahramın barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin Hoseinoughli Shahram barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin dövlət yol polisi bölməsinə verilmişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Hoseinoughli Shahramın idarə etdiyi “X9” markalı, **-FF- *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətdiyindən və nəticədə sərnişilər yüngül zərərçəkdiyindən Hoseinoughli Shahramın barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Hoseinoughli Shahramın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Hoseinoughli Shahramın barəsində yüngülləşdirən hal və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Hoseinoughli Shahram Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hoseinoughli Shahramın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar