Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-114/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 04.03.2022-ci il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində Zərərçəkmiş şəxsnu döymüş, ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahat verib bildirdi ki, o, 04 mart 2022-ci il tarixdə saat 14:00 radələrində evdə olan zaman çörək yeyib işə gedərkən həyat yoldaşı Zərərçəkmiş şəxs ona evə heç bir şəxsi gətirməməyini irad tutduqda o, ona demiş ki, o evə heç bir şəxsi gətirmir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zəminində o, onu vurmasada əli ilə kənara itələmişdir. Qeyd edir ki, o, həmin günü spirtli içkidə qəbul etmişdir. Bir daha həyat yoldaşı Zərərçəkmiş şəxs ilə dava-dalaş etməyəcək və halhazırda o, həyət yoldaşı Zərərçəkmiş şəxs ilə barışmışdır. Bu səbəbdən Şəxs iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, o, Şəxs ilə barımışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. İnzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materillarında olan Şamaxı rayon Polis Şöbəsinin 11.03.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasənda toplanmış materiallar üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbirlərin görülməsi üçün qərarın surətinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və iş materialları ilə tam sübut olundu. Lakin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsində qeyd edilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-114/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-114/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver