Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-114/2025 10.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, səlahiyyətli orqan - Azərbaycan Respublikası Qida X2 X9 nümayəndəsi Nümayəndə və şikayət vermiş şəxs - X7 iştirakı ilə, Azərbaycan Respublikası Qida X2 X9 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Qida X2 X14 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, vəzifəli şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X12 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş, Azərbaycan Respublikası Qida X2 X9 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, 48 məhəllə ünvanında diri heyvanların satışı bazarında, hər həftənin yalnız şənbə günlərində, ailəsini dolandırmaq üçün, özünün şəxsi təsərrüfatında olan heyvanların südündən istehsal etdiyi yüngül həcmdə şor, pendir və yağ məhsullarını satır və bununla bağlı X4 icazəsi olmuşdur. Azərbaycan Respublikası Qida X3 X9 əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarla fiziki şəxs olduğu halda, o, vəzifəli şəxs kimi İXM-nin 289.0.4-cü maddəsi ilə 500 manat cərimə edilmişdir. Belə ki, onu vəzifəli şəxs qismində cərimə etmələri düzgün deyil. Eləcə də, onun barəsində İXM-nin 289.0.4 maddəsinin tətbiq edilərək, cərimələnməsi qanunazidd sayır. Epizodiya əleyhinə hər hansı qanunazidd hərəkəti olmamışdır. Satmaq üçün gətirdiyi şor, pendir və yağ məhsulları baytar həkim müayinəsindən keçmiş və satmaq istədiyi məhsullarda hər hansı baytarlıq qaydalarına qarşı uyğunsuzluq olsaydı, ona həmin məhsulları satmağa icazə verilməzdi. O, cəriməni əsassız hesab edir. Məhkəmə iclasında X12 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqan - Azərbaycan Respublikası Qida X2 X9 nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Şamaxı RPŞ-nin əməkdaşlarının iştirakı ilə xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri, məhəllə 48 ünvanında fəaliyyət göstərən heyvan bazarında reyd aparılmışdır. Aparılmış reyd zamanı, yolxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların epizootiya əleyhinə dair qərarlarının pozulması və ya icra edilməməsi müəyyən olunmuşdur. Bu səbəbdən də, qeyd edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikası Qida X2 X10 göndərilmişdir. Müəyyən edilmiş pozuntular Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsində öz əksini tapmış və həmin pozuntularla bağlı xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra, sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmin şəxs barəsində MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən X12 tərəfindən verilmiş şikayətin təmin edilməməsini və onun barəsində qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi Balağa Dəmirli tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri, “Mal bazarı” adlanan ərazidə Azərbaycan Qida Təhlükəsizliyi X6 Bölməsinin əməkdaşları ilə birlikdə reyddə zamanı, həmin ərazidə Ağsu rayonu Elabad kənd sakini X12 tərəfindən dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın epizootiya əleyhinə dair qərarların pozulmasını müəyyən edib, həmin şəxsin barəsində Azərbaycan Respubilkası İXM-nin 289.0.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X13 tərəfindən X7 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri, “Mal bazarı” adlanan ərazidə dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın epizootiya əleyhinə dair qərarın pozulması halları müəyyən edilmişdir. İş materiallarında olan İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, X7 barəsində Azərbaycan Respubilkası İXM-nin 289.0.4-cü maddəsinə əsasən, başlanılmış olan inzibati icraata dair materiallar aidiyyatı üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X2 X9 rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı işə baxılması Şamaxı şəhəri, Bakı-Şamaxı şossesi 120-ci km ünvanında yerləşən Azərbaycan Respublikasının Qida X2 X14ndə xx.xx.2025-ci il tarixdə, saat 12:00-a təyin edilmiş və inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işə baxılmasında iştirakının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-44-3/2-160/2025 saylı bildiriş məktubundan görünür ki, inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün X8 xx.xx.2025-ci il tarixində saat 12:00-da Şamaxı şəhəri, Bakı-Şamaxı şossesi 120-ci km ünvanında yerləşən Azərbaycan Respublikasının Qida X2 X10 gəlməsi barədə məlumat verilmişdir. İş materiallarından görünür ki, X12 fərdi sahibkar kimi, xx.xx.2006-cı il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X1, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının və baytarlıq şəhadətnaməsinin surətindən görünür ki, X12 xx.xx.2025-ci il tarixdə həmin orqana müraciət etmiş və heyvan mənşəli məhsulların satışı üçün həmin məhsullar ekspertizadan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X2 X9 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vəzifəli şəxs X12 xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri, məhəllə 48 ünvanında yerləşən diri heyvanların satışı bazarında dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın epizootiya əleyhinə dair qərarın pozulmasına görə, 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsinə əsasən, yoluxucu xəstəliklərin qarşısının alınması üzrə karantin tədbirlərinin və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanın epizootiya əleyhinə dair qərarlarının pozulmasına və ya icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, X12 xx.xx.2025-ci il tarixdə inzibati xəta pozuntusu aşkar edildikdən sonra, baytarlıq normalarına cavab verən məhsulların satışına icazə verən sənədi əldə etmək üçün, xx.xx.2025-ci il tarixdə səlahiyyətli orqana müraciət etmişdir. Odur ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X2 X9 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət isə əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X2 X14 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-114/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-114/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver