Məhkəmə qərarları › İş №3(074)-115/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-115/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-115/2025 01.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Şamaxı rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu, Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(074)-622/2024 saylı qərarı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)-94/2025 saylı qərarı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şamaxı rayon Məhkəməsinin 3(074)-622/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Şamaxı rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(074)-61/2024 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs ümumi dəyəri 1326 manat, ümumi çəkisi 15,6 qram olan 585 əyarlı qarnitur (boyunbağı, qolbaq, sırğa, üzük), dəyəri 382,5 manat, ümumi çəkisi 4,5 qram olan 585 əyarlı 1 ədəd nişan üzüyü, dəyəri 255 manat, ümumi çəkisi 3 qram olan 585 əyarlı 1 ədəd lent formalı qolbaq, dəyəri 297,5 manat olan, ümumi çəkisi 3,5 qram olan 585 əyarlı 1 cüt sırğa mirvari, dəyəri 357 manat, ümumi çəkisi 4,2 qram olan 585 əyarlı dəst damcı formalı sığra üzük, ümumi dəyəri 297,5 manat, çəkisi 3,5 qram olan 585 əyarlı 1 ədəd tək qaş üzük, 700 manat dəyərində “ipone 11” markalı, ağ rəngli, 64 GB daxili yaddaşa malik mobil telefon və ya onların dəyəri, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 manat, mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İddiaçı X1 20 manat və cavabdeh Şəxs 80 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və məhkəmə sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş qeydiyyatda olduğu ünvana göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(074)-61/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs mülkiyyətində olan “Mercedes Benz E-190" minik markalı **-DC-*** qeydiyyat nişanlı, avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin Şəxs bildirmişdir ki, mülkiyyətində olan “Mercedes Benz E-190” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili bir il bundan əvvəl 3500 manata satmış, başqa bir borcuna vermişdir. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək məhkəmə icra vərəsinin icrasından yayınmışdır. Hal-hazırda məhkəmə icra sənədi üzrə 3765 manat borcu vardır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, onun hal-hazırda məhkəmə qərarında göstərilən borcunu tam şəkildə ödəməyə maddi imkanım yoxdur. İcarəyə opel markalı avtomaşın götürmüşdür. Gündəlik qazancı 45-50 manat təşkil edir. 25 manat icarə haqqını verdikdən sonra yerdə qalan pul ona qalır. Mülkiyyətində olan Mercedes Benz E-190 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili bir il bundan əvvəl 3500 manata satmış, başqa bir borcuna vermişdir. Ayba-ay gücü 100 manata çatır. Müharibədə iştirakına görə 80 manat təqaüd alır. Barəsində axtarış olmasını bilməmişdir. Artıq 7 ildir ki, o, qeydiyyatda olduğu Şamaxı rayonu, Qaravəlli kəndində yaşamır, ünvan 2 ünvanında kirayədə yaşayır. Hazırda icra sənədi üzrə onun 3765 manat borcu qalmaqdadır. Bundan sonra, hər ay ödəniş edəcəkdir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(074)- 61/2024 saylı icra vərəqəsinnin surətindən görünür ki, cavabdeh Şəxs ümumi dəyəri 1326 manat, ümumi çəkisi 15,6 qram olan 585 əyarlı qarnitur (boyunbağı, qolbaq, sırğa, üzük), dəyəri 382,5 manat, ümumi çəkisi 4,5 qram olan 585 əyarlı 1 ədəd nişan üzüyü, dəyəri 255 manat, ümumi çəkisi 3 qram olan 585 əyarlı 1 ədəd lent formalı qolbaq, dəyəri 297,5 manat olan, ümumi çəkisi 3,5 qram olan 585 əyarlı 1 cüt sırğa mirvari, dəyəri 357 manat, ümumi çəkisi 4,2 qram olan 585 əyarlı dəst damcı formalı sığra üzük, ümumi dəyəri 297,5 manat, çəkisi 3,5 qram olan 585 əyarlı 1 ədəd tək qaş üzük, 700 manat dəyərində “ipone 11” markalı, ağ rəngli, 64 GB daxili yaddaşa malik mobil telefon və ya onların dəyəri, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 manat, mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İddiaçı X1 20 manat və cavabdeh Şəxs 80 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 08 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 01 oktyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü, Şamaxı rayonu, Qaravəlli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 8(074)-175/2024 saylı qərardadın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(074)-61/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs mülkiyyətində olan “Mercedes Benz E-190" minik markalı **-DC-*** qeydiyyat nişanlı, avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanun normalarını əsas tutaraq, iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar