Məhkəmə qərarları › İş №3(074)-116/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-116/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-116/2024 06.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasına inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs rayonu, Çöl Göylər kəndi ərazisində MİHo-dan xüsusi icazə olmadan mülki ov silahının daşıması qaydasını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun vəfat etmiş babasına məxsus ov tüfəngi vardır və babası vəfat etdikdən sonra həmin silah onun baba evində saxlanılmışdır. Lakin həmin silahın sənədinin olub-olmamasını bilmir. Onun əmisi Ağaheybətin Şamaxı rayonu Çöl Göylər kəndində ferması vardır. xx.xx.2024-cü il tarixdə həmin fermanın çobanı ona zəng edərək qoyunlara dərman verməli olduğumu bildirmişdir. Bu səbəbdəndə o, xx.xx.2024-cü il tarixdə Quşçu kənd sakini Ağabəy adlı şəxslə birlikdə ona məxsus LADA Niva markalı avtomobil ilə Çöl Göylər kəndi istiqamətinə getmişlər. O, fermaya gedən zaman bacısının həyat yoldaşı Vüsal adlı şəxsidə özü ilə aparmışdır. O, həmçinin özü ilə evdəki qoşa lüləli ov silahınıda götürmüş ki, qarşılarına ov quşları çıxdığı təqdirdə həmin quşları vuraraq ov etsinlər. Təxminən saat 11:00 radələrində onlar Çöl Göylər kəndi istiqamətində avtomobil ilə gedən zaman yol kənarında sığırçınların olduğunu görüb avtomobili saxlatdırmış və avtomobildən enərək özü ilə götürdiyi ov tüfəngini avtomobildən götürüb sığırçınlar olan istiqamətə iki güllə atmış və həmin sığırçınlardan 18 ədədini, onların yanında olan göyərçinlərdən isə 2 ədədini öldürmüşdür. Daha sonra öldürdüyü quşları salofana yığaraq avtomobilə qoymüş və bir qədər getmişlər ki, polis əməkdaşları onların avtomobili saxlatdırıb qanunsuz ov etdiklərini onlara bildirib onları Şamaxı RPŞ-nə dəvət etmişlər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri polis baş serjantı X2 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Çöl Göylər kəndi ərazisində xidmətdə olarkən üç nəfər şəxsin ov etdiklərini görüb yaxınlaşmışlar, sonradan isə maşında ov görmüşlər. Sonra isə ov silahının sənədsiz olduğunu və qanunsuz ov etdikləri səbəbindən həmin şəxslər RPŞ-nə gətirilmişlər. İş materiallarında olan Şamaxı RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Elvin Nəbiyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şamaxı RPŞnin İTB-nin polis sahə nəfəri polis baş serjantı Ziya Səlimov xx.xx.2024-cü il tarixdə raport tərtib edərək həmin tarixdə Şamaxı rayon Çöl Göylər kəndi ərazisində 3 nəfər şəxsin qanunsuz olaraq TOZ markalı 20815-53 nömrəli, 16 kalibrli, qoşa lüləli ov tüfəngi ilə on səkkiz ədəd sığırçın və iki ədəd göyərçindən ibarət ümumi 20 ədəd çöl quşlarını qanunsuz ovlamalarını və bu səbəbdəndə həmin şəxslərin saxlanılaraq barələrində müvafiq araşdırma aparılması üçün RPŞ-nə gətirildiyini bildirmiş və həmin materialın icrası ona həvalə edilmişdir. Aparılmış istintaq zərurəti ilə əlaqədar Şamaxı rayon Quşçu kənd sakini Şəxs istifadə etdiyi bir ədəd TOZ markalı 20815-53 nömrəli, 16 kalibrli, qoşa lüləli ov tüfənginin qeydiyyatda olub-olmamasının, həmçinin Şəxs, X1 və Nəhmətov Ağabəy ildırım oğlunun adında rəsmi ov tüfənginin və həmin şəxslərin ovçuluq biletinin olub-olmamasının müəyyən edilməsi və həmin ov tüfənginin saxlanılması üçün odlu silahların saxlanılması otağına təhvil verilməsi zərurəti yaranmışdır. Odur ki, qeyd olunan xüsusatların araşdırılmasına və TOZ markalı 20815-53 nömrəli ov tüfənginin odlu silahların saxlanılması otağına təhvil verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin baş inspektoru, polis mayoru Ruslan Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024cü il tarixdə Şamaxı RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Elvin Nəbiyevin tərtib etdiyi raport daxil olmuşdur. Raportda Şəxs üzərindən aşkar edilərək götürülmüş ov silahının qanuni olub-olmamasının-müəyyən edilməsi göstərilmişdir. Raportun icrası ilə əlaqədar tərəfindən aparılmış yoxlama zamanı həmin şəxsin üzərindən aşkar edilərək götürülmüş TOZ markalı 20815-53 nömrəli, 16 kalibrli, qoşa lüləli ov tüfənginin rəsmi sənədinin olmaması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün məhkəməyə verdiyi izahat, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd TOZ markalı 20815- 53 nömrəli, 16 kalibrli, qoşa lüləli ov tüfəngi müsadirə edilməklə 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar