Məhkəmə qərarları › İş №3(074)-117/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-117/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-117/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X4, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 21.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, Şəxs 21.04.2022-ci il tarixində saat 13:00 radələrində Şamaxı şəhəri, Əzizbəyov küçəsi ərazisində xidmətdə olan polis əməkdaşları polis əməkdaşları ilə mübahisə edib onların qanuni taləbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 21.04.2022-ci il tarixdə Şamaxı şəhərində X2rşısında dostu Hilala məxsus olan **-VY-*** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı avtomobillə hərəkət edərkən PPX-nin maşını dostunun maşınını saxlamışdır. Dostunun maşınında konstruksiya dəyişiklikləri mövcuddur. Polis əməkdaşları onlardan hara getdiklərini soruşduqda, onlara marketə getdiklərini demişlər, həmin vaxt dostu Hilal polis əməkdaşının qanuni tələblərini pozduğuna görə polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər və dostu ilə o, PPX-nin maşınına əyləşərək polis əməkdaşlar tərəfindən Şamaxı rayon Polis şöbəsinə gətirilmişlər. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs etdiyi qayda pozuntusunu səmimi etiraf etmiş, törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz vermişdir. Müdafiəçi bunların nəzərə alınaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri X9 izahat verib bildirdi ki, 21.04.2022-ci il tarixində Şamaxı şəhər Əzizbəyov küçəsində xidməti vəzifələrini yerinə yetirən zaman X1rşısında **-VY-*** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı avtomobilin sürücüsünün maqitofonu uca səs verərək hərəkət etdiyini müşahidə etmişlər. Həmin avtomobilə yaxınlaşıb sürücüyə pozduğu qayda pozuntusunu izah etmiş, onu intizama dəvət etmək istəsə də, sürücü onlarla qaresiv və qərəzli danışmağa başlamışdır. Avtomobildə konstruksiya dəyişiklikliyinin olmasını müşahidə etmişlər. Sürücü və onun yanındaki sərnişin qaydalara əməl etməyə dəvət etmişlər, lakin onlar yenədə onlarla aqresiv və qərəzli danışmağa davam etmiş və ona müqavimət göstərməyə başlamışlar. Sonradan adları onlara məlum olan Sadıxlı Hilal və Şəxs tərəflərindən rayon Polis şöbəsinə dəvət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin komandiri polis kapitanı X7 şahid Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri X9 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin komandiri polis kapitanı X7 tərəfindən tərtib edilmiş 21.04.2022-ci il tarixli raportdan görünür ki, 21.04.2022-ci il tarixində Şamaxı şəhər Əzizbəyov küçəsində xidməti vəzifələrini yerinə yetirən zaman X1rşısında **-VY-*** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı avtomobilin sürücüsünün maqintofona uca səs verərək hərəkət etdiyini müşahidə etmişlər, həmin avtomobilə yaxınlaşıb sürücüyə pozduğu qayda pozuntusunu izah etmişlər. Sürücü onlarla qaresiv və qərəzli danışmağa başlamış, avtomobildə konstruksiya dəyişiklikliyinin olmasını müşahidə etmişlər. Sürücü və onun yanındaki sərnişin qaydalara əməl etməyə dəvət etmişlər lakin onlar yenədə onlarla aqresiv və qərəzli danışmağa davam etmişlər. Sonradan adları onlara məlum olan Sadıxlı Hilal və Şəxs tərəflərindən rayon Polis şöbəsinə dəvət olunmuşlar. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə X3 inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar