Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-117/2024 04.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon X4 X6 tərəfindən qəbul edilmiş 10 noyabr 2023-cü tarixli, EQ 17974464 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba RPŞ-nin DYPB tərəfindən qəbul edilmiş 10 noyabr 2023-cü tarixli EQ 17974464 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli EQ 17974464 saylı inzibati tənbeh vermə haqqında qərarından Qusar Rayon Məhkəməsinə şikayət verilmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(029)-1/2024 saylı qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X3 bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon X4 X6 tərəfindən qəbul edilmiş 10 noyabr 2023-cü tarixli, EQ 17974464 nömrəli inzibati tənbeh vermə haqqında qərarı hansı tarixdə əldə etməsi dəqiq yadında deyil və bununla əlaqədar heç bir sübutu yoxdur. Əlavə olaraq bildirdi ki, həmin qərar üzrə cərimə artıq ödənilmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. X3 şikayətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon X4 X6 tərəfindən qəbul edilmiş 10 noyabr 2023-cü tarixli, EQ 17974464 nömrəli inzibati tənbeh vermə haqqında qərarını hansı tarixdə əldə etməsi ilə əlaqədar heç bir sübut əlavə etməmiş, həmçinin bununla bağlı sübutlarını məhkəmə iclasında təqdim etməmişdir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, X2 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq,məhkəmə qəraraalır: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon X4 X6 tərəfindən qəbul edilmiş 10 noyabr 2023-cü tarixli, EQ 17974464 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-117/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-117/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver