Məhkəmə qərarları › İş №3(074)-118/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-118/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-118/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 21.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, 21.04.2022-ci il tarixdə Şamaxı şəhəri, Əzizbəyov küçəsində MİHO tərəfindən müəyyən edilməyən yerdə əşya satışı ilə məşğul olmuş və polis əməkdaşlarının qanuni taləblərinə məhəl qoymamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verib bildirdi ki, 21.04.2022-ci il tarixdə Əzizbəyov küçəsində kirayə götürdüyü dükanın önünə ayaqqabılar qoymuş, polis əməkdaşları ayaqqabları dükanın önünə qoyduğuna görə qanunsuz olduğunu, yığışdırmasını demişlər. Sonra polis əməkdaşları həmin yerdən uzaqlaşmışlar. Təqribən 2-3 dəqiqə sonra yenidən dükana gələrək, dükanın önünü hələdə yığışdırmamsını ona irad tutmuşlar. Bu zaman onlara telefonuna zəng gəldiyi üçün hələdə oranı yığışdırmadığını bildirəndə polislərdən biri dükana daxil olub onu vuraraq fiziki qüvvə tətbiq etmişlər. Polis şöbəsinə gətirilərkən paltarlarını cırmışlar və polis şöbəsində adını sonradan bildiyi polis əməkdaşı Telman Zərbəliyev başına yumruq və sifətinə şillə vurmuşdur. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs əməlini təsdiq edəcək heç bir sübut təqdim edilməyib. Şəxs bildirdiyinə görə o, dükanının önündən polis əməkdaşlarının dediyi malları yığışdırmaq istəyib. Lakin telefonla danışdığı üçün bunu bir qədər gec edib. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X6 izahat verib bildirdi ki, 21.04.2022-ci il tarixdə saat 15:40 radələrində PPXB-nin polis nəfərləri polis serjantları Əhmədli Emil və Cabarov Novruz ilə Əzizbəyov küçəsində xidmətdə olarkən ayaqqabı dükanının qarşısında səkinin üstündə bir nəfər şəxsin ayaqqabı satışı ilə məşğul olduğunu görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və dükandan kənarda ayaqqabı satışı ilə məşğul olmasının qanunsuz olduğunu, küçə ticarəti olduğunu vətəndaşa izah etmişlər və səkidən ayaqqabları yığışdırmasını bildirmişlər. Həmin şəxs “niyə götürməliyəm ki,” deyərək həmin dükana girərək qapını bağlamışdır. Onlar həmin yerdən üzaqlaşmışlar, təqribən 5 dəqiqə sonra yenidən həmin yerə gələrək, həmin vətəndaşdan ayaqqabları səkidən götürməsini bildirmişlər. O, isə onlara tabe olmayaraq bildirmiş ki, o nə vaxt istəsə həmin vaxtda yığışdıracaq. Onlar həmin şəxsi rayon polis şöbəsinə dəvət etsələrdə o gəlmək istəmədiyi üçün və onlara müqavimət göstərdiyi üçün həmin şəxsə fiziki qüvvə tətbiq edərək Şamaxı RPŞ-nə gətirmişlər. Rayon polis şöbəsində həmin şəxs onları nalayiq ifadələrlə təhqir etmişdir. Şəxs kiminsə vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı X3 şahid Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X6 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 21.04.2022-ci il tarixli raportdan görünür ki, 21.04.2022-ci il tarixdə sat 15:40 radələrində PPXB-nin polis nəfərləri polis serjantları Vüsal Səfərov, Emil Əhmədli və X4 küçəsində xidmətdə olarkən ayaqqabı dükanı qarşısında səkinin üstündə bir nəfər şəxsin ayaqqabı satışı ilə məşğul olduğunu görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və dükandan kənarda ayaqqabı satışı ilə məşğul olmasının qanunsuz olduğunu, küçə ticarəti olduğunu vətəndaşa izah etmişlər və səkidən ayaqqabları yığışdırmasını bildirmişlər. Həmin şəxs “niyə götürməliyəm ki,” deyərək həmin dükana girərək qapını bağlamışdır. Onlar həmin yerdən üzaqlaşmışlar, təqribən 5 dəqiqə sonra yenidən həmin yerə gələrək, həmin vətəndaşdan ayaqqabları səkidən götürməsini bildirmişlər. O, isə onlara tabe olmayaraq bildirmiş ki, o nə vaxt istəsə həmin vaxtda yığışdıracaq. Onlar həmin şəxsi rayon polis şöbəsinə dəvət etsələrdə o gəlmək istəmədiyi üçün və onlara müqavimət göstərdiyi üçün həmin şəxsə fiziki qüvvə tətbiq edərək Şamaxı RPŞ-nə gətirmişlər. Rayon polis şöbəsində məlum olmuş ki, həmin şəxs Şamaxı şəhər sakini Şəxsdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə X1 inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə yanaşı, həmçinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.53-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəaində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon Polis Şöbəsinə göndərilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon Polis Şöbəsinə göndərilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar