Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-118/2024 02.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 02 fevral 1971-ci ildə Şamaxı rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində tərtib olunmuş 24 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 izahatında göstərdi ki, Şəxs 24 yanvar 2024-cü il tarixdə Şamaxı rayonu Qaravəlli kəndi ərazisində özünə məxsus lakin heç bir sənədi olmayan mülki ov silahı ilə qanunsuz olaraq bir ədəd dovşan mənşəli heyvan ovlamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 30 il bundan əvvəl tanımadığı şəxsdən almışdır, lakin heç bir sənədi olmayan mülki ov silahı ilə qanunsuz olaraq bir ədəd dovşan ovlayan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və qanunsuz ov etdiyinə görə rayon polis şöbəsinə gətirilmişdir. O, həmin silahı RPŞ-nə təhvil vermişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Mirdadaş Tağıyev tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli raportdan görünür ki, 24 yanvar 2024-cü il tarixdə Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Famil Məmədov ilə birlikdə Şamaı rayonu, Qaravəlli kəndində xidmətdə olan zaman həmin kəndin yaxınlığında yerləşən göl ətrafında bir nəfər şəxsin ov silahı ilə ov etdiyini görüb həmin şəxsə yaxınlaşmışlar, pozduğu inzibati xətanı ona izah etmişlər, barəsində qanuni tədbir görülməsi üçün RPŞ-yə dəvət etmişlər. RPŞ-də həmin şəxsin Şəxs olduğu və istifadə etdiyi ov silahının sənədsiz olması müəyyən edilmişdir. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli aktdan görünür ki, vətəndaş Şəxs məxsus, heç bir sənədi olmayan 1 ədəd qoşa lüləli, 16 kalibirli, B-11730 nömrəli ov silahı təhvil götrülərək Şamaxı RPŞ-nin silah saxlama otağına verilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün məhkəməyə verdiyi izahat, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov silahı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd qoşa lüləli, 16 kalibirli, B 11730 nömrəli ov silahı müsadirə edilməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-118/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-118/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver