Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-118/2025 17.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X12 və hüquqi şəxs X13 Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, hüquqi şəxs X13 Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Dağlıq-Şirvan regional şöbəsi tərəfindən hüquqi şəxs X13 Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əsasən, X13 Təhsil İdarəsinə xx.xx.2025-ci il tarixli Göstəriş xarakterli məktub göndərilsə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbi pozularaq (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair, digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürən və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir) icra edilməmişdir. Nəticədə, X13 Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X12 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə, əlavə əmək haqqı ödənilməlidir. Bu səbəbdən, Qobustan şəhər 1 saylı uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyən X5 boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edildiyi dövr üçün əmək haqqı fərqinin ödənilməsini təmin etməsi və bu barədə 30 gün müddətinə X9 Xidmətinin X13 şöbəsinə məlumat verməsinə göstəriş verilmişdir. Lakin, həmin göstəriş yerinə yetirilmədiyindən, hüquqi şəxs X13 Təhsil İdarəsinin barəsində İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X13 Təhsil İdarəsinin nümayəndəsi X8 izahat verərək göstərdi ki, “Regional Təhsil İdarələrinin Əsasnaməsinin, regional təhsil idarələrinin strukturlarının, işçilərinin say hədlərinin və strukturlarına daxil olmayan tabeliyində olan qurumlarının siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 11 aprel 2022-ci il tarixli, F-184 nömrəli əmr imzalanmışdır. X1 barəsində əmri tərtib edən qurum X13 Təhsil İdarəsi yox, ləğv edilən Qobustan Rayon Təhsil Şöbəsi olmuş və yaranmadan öncəki tərtib edilən hər hansı sənəd üçün məsuliyyət daşımır. Həmçinin, müvafiq sənədlərə baxış zamanı məlum olmuşdur ki, Qobustan şəhər 1 saylı uşaq bağçasının müdiri səlahiyyətləri Əfsanə Əhmədovaya ictimai əsaslarla həvalə edilmişdir. Eyni zamanda, Əfsanə Əhmədova aylıq əmək haqqının hesablama-ödəmə cədvəlinə şəxsən imza etmiş, tərtibində iştirak etmiş, heç bir iddia qaldırmadan, cədvələ əlavə əmək haqqını qeyd etmədən, təsdiq etmişdir. Bu halda vətəndaşın əmək hüquqları şəxsən özü tərəfindən pozulmuşdur. Qobustan şəhər 1 saylı uşaq bağçasının müdiri səlahiyyətlərini müvafiq əmrə əsasən, ictimai əsaslarla icra etdiyi dövr ərzində X13 Təhsil İdarəsinə etirazı ilə bağlı müraciəti olmadığı üçün, əlavə əmək haqqı ödənişinin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Həmçinin, X6 barəsində X13 Təhsil İdarəsi tərəfindən heç bir zaman həvalə barədə əmr tərtib edilməmişdir. Daha sonra, 13 fevral 2023-cü il tarixdə ərizə ilə müraciət edərək, müdir səlahiyyətlərini icra etməkdən imtina etmiş və Qobustan şəhər 1 saylı uşaq bağçası 13 fevral 2023-cü il tarixdən digər şəxsə həvalə edilmişdir. X2 həyat yoldaşı X6 barəsində X13 Təhsil İdarəsinin heç bir həvalə əmrinin verilməməsini, əmri verən qurumun ləğv edilməsini, Azərbaycan Respublikası Təhsil nazirinin 11 aprel 2022-ci il tarixli, F-184 nömrəli əmrinə əsasən, yaradılmamışdan qabaq verilmiş ləğv edilən qurumun hər hansı verdiyi əmrə görə heç bir məsuliyyət daşımamasını, əmək haqqı cədvəllərinə şəxsən Əfsanə Əhmədovanın imza edib, təsdiq etməsini, eyni zamanda, qeyd edilən tarixdə həvalə barədə vətəndaşın heç bir imtina ərizəsi yazmadığını, 2022-ci ildə baş vermiş iş barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X13 Şöbəsinin 04 mart 2025-ci il tarixdə qərar verməsini, qeyd olunan məsələ ilə əlaqədar qərar verən orqanın xüsusi marağının olmasını, qərarda qeyd edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin məsələyə heç bir aidiyyətinin olmamasının, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4. və 3.0.5 maddələrinə əsasən, ictimai əsaslarla hər hansı işin icra edilməsinin mümkünlüyünü, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində qeyd edilən müddətin keçməsini, həmçinin bununla bağlı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X13 Şöbəsinin 2022-ci il tarixdən 04 mart 2025-ci il tarixədək heç bir qərarının olmamasını, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilən iddia müddətlərinin ötməsini, bununla əlaqədar, X9 Xidmətinin X13 Şöbəsinin 2025-ci il ildən etibarən dəfələrlə protokol tərtib edib qərar verməməsini, müvafiq qərar vermədən Şamaxı Rayon Məhkəməsinə barələrində əsassız müraciətini, halbuki bununla bağlı barəsində qərar qəbul edilən orqanın aidiyyəti qurumlara müraciət etməli olmasını nəzərə alaraq, X13 Təhsil İdarəsinin barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanlanmış olan ərizəsində qeyd olunur ki, X13 Təhsil İdarəsinin tabeliyində olan Qobustan şəhər 1 saylı uşaq bağçasında işləyən arvadı X5 2022-ci ilin fevral ayında müvəqqəti olaraq Qobustan şəhər 1 saylı uşaq bağçasının müdiri vəzifəsi həvalə edilmişdir. xx.xx.2023-cü ilə kimi həmin vəzifəni icra etmişdir. Lakin, həmin müddət ərzində ona heç bir əmək haqqı fərqi ödənilməmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdən Qobustan şəhər 1 saylı uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X13 Şöbəsi tərəfindən X13 Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Ə-3345/2/2025 saylı məktubda qeyd olunur ki, X2 həyat yoldaşı X3 X13 Təhsil İdarəsi tərəfindən əmək hüquqlarının pozulması və pozulmuş əmək hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin X13 şöbəsində araşdırılır. Müraciətdə qaldırılan məsələ ilə bağlı araşdırma zamanı, X9 Xidmətinin X13 şöbəsinə X13 Təhsil İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Ə.İ.Əhmədova sonuncu dəfə xx.xx.2020-ci il tarixdə X13 Təhsil İdarəsinin Qobustan şəhər 1 saylı uşaq bağçasına müddətsiz əmək müqaviləsi üzrə tərbiyəçi işinə qəbul edilmişdir. X13 Təhsil İdarəsi Qobustan rayonu üzrə təhsil sektorunun 19 fevral 2022-ci il tarixli 7 saylı əmri ilə həmin bağçanın boş olan bağça müdiri vəzifəsinin funksiyalarının icrası Ə.İ.Əhmədovaya həvalə edilmişdir. Lakin, boş olan bağça müdirinin vəzifə funksiyasının icrası Ə.Əhmədovaya həvalə edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinin (boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə, əlavə əmək haqqı ödənilməlidir) tələbləri pozularaq, əlavə əmək haqqı ödənilməmişdir. Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə, əlavə əmək haqqı ödənilməlidir. Bu səbəbdən, Ə.İ.Əhmədovaya boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edildiyi dövr üçün əmək haqqı fərqinin ödənilməsinin təmin olunması və bu barədə 30 gün müddətində X9 Xidmətinin X13 şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. Əks təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinat və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) müvafiq qaydada inzibati məsuliyyət tədbiri görüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən X13 Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Ə-14190/2/2025 saylı məktubda göstərilir ki, X7 həyat yoldaşı X3 X13 Təhsil İdarəsi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin X13 şöbəsində araşdırılır. X9 Xidmətinin X13 şöbəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən, İnzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə, xx.xx.2025-ci il tarixdə, saat 11:00-da X9 Xidmətinin X13 şöbəsinə dəvət olunursunuz. Səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə, əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, hüquqi şəxs X13 Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-cl maddəsinin 2-ci bəndinin tələblərini pozmuşdur. Bununla da, X13 Təhsil İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X13 Təhsil İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs X13 Təhsil İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-118/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-118/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver