Məhkəmə qərarları › İş №3(074)-119/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-119/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-119/2022 22.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 22.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, 20.04.2022-ci il tarixdə saat 18:15 radələrində Əmirov X4 şəhəri, R.Rza küçəsində yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 20.04.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı evə gəlmiş, evə gələn kimi atası və anası ilə aralarında münaqişə yaranmışdır. O, əsəbləşərək evdə olan qab qaşığı yerə ataraq sındırmış, daha sonra əsəbi olduğundan məhləyə çıxmış, atası və anası onun arxasınca küçəyə çıxmışlar. Küçədə yenədə aralaarında mübahisə davam etmiş, çox əsəbi olduğundan atası və və anasına qarşı özündən asılı olmayaraq nalayiq ifadələr işlətmişdir. Həmin vaxt səs-küyə kənar şəxslər yığışmış, lakin əsəbi olduğundan onların kim olmasına fikir verməmişdir. Etdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, oğlu Səbuhi mütəmadi olaraq evdə heç bir səbəb olmadan münaqişə yaradır, evdə yaşamağa onlara imkan vermir, evdə heç bir səbəb olmadan onları söyüb təhqir edir, onu sakitləşdirmək istəsələrdə o, onların dediklərinin əksini edərək onlarla mütəmadi münaqişə edir. 20.04.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində oğlu Səbuhi evə gəlmiş, çox halsız vəziyyətdə olmuş, onlar düşünmüşlər ki, o spirtli içki qəbul edib və ona bildirmişlər ki, spirtli içki və narkotiklərdən uzaq olmaq lazımdır. Bu zaman o əsəbləşərək onu və yoldaşını təhqir etmiş, evdə olan qabları götürərək yerə atıb sındırmış, daha sonra küçəyə çıxmış, o və həyat yoldaşı onun arxasınca çölə çıxmışlar ki özünə və başqalarına xəsarət yetirməsin. Lakin oğlu Səbuhi küçədə də onu və həyat yoldaşını nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Onu sakitləşdirmək istəsələrdə o öz əməlindən əl çəkməmiş və bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt küçəyə başqa insanlar toplaşmış lakin həmin anda onların kimliyinə fikir verməmişdir. Səbuhidən şikayətçidir. Buna görə də, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, Şəxs onun doğma oğludur. Səbuhi mütəmadi olaraq evdə heç bir səbəb olmadan münaqişə yaradır, evdə yaşamağa onlara imkan vermir, evdə heç bir səbəb olmadan onları söyüb təhqir edir. Həmin gün yəni 20.04.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində oğlu Səbuhi evə gəlmiş, çox halsız vəziyyətdə olduğundan onlar düşünmüşlər ki, o spirtli içki qəbul edib və ona bildirmişlər ki, spirtli içki və narkotiklərdən uzaq olmaq lazımdır. Bu zaman Səbuhi əsəbləşərək onu və yoldaşını təhqir etmiş, evdə olan qabları götürərək yerə atıb sındırmış, daha sonra küçəyə çıxmışdır. O və həyat yoldaşı Mehman onun arxasınca çölə çıxmışlar ki özünə və başqalarına xəsarət yetirməsin, lakin oğlu Səbuhi küçədə də onu və həyat yoldaşını nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Onlar onu nəqədər sakitləşdirmək istəsələrdə sakitləşməmiş və həyat yodaşı X7 Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Səs-küyə küçəyə kənar insanlar da yığışmış. Lakin onların kim olmasını bilmir. İş materiallarında olan 22.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 20.04.2022-ci il tarixdə saat 18:15 radələrində Əmirov X4 şəhəri, R.Rza küçəsində yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran hallların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar