Məhkəmə qərarları › İş №3(074)-120/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-120/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-120/2022 25.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı rayonu Günəşli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xüsusi icazə almadan 1(bir) ədəd İj markalı, 16 kalibrli, AB 7272 nömrəli ov silahı və 1 (bir) ədəd patron üzərində daşımışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahat verib bildirdi ki, Şamaxı rayonu, Günəşli kənd ərazisində yerləşən şəxi gölünün mühafizəçisi işləyir. 22.04.2022-ci il tarixdə həmin gölün ətrafında olduğu zaman üzərində heç bir sənədi olmayan mülki ov silahı vardır. Təxminən saat 15:30 radələrində həmin ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan daşıdığı mülki ov silahının sənədlərini tələb etdikdə o, həmin silaha dair heç bir sənəd təqdim etməmiş və bildirmiş ki, silahın heç bir sənədi yoxdur. Sonra polis əməkdaşları onu rayon Polis şöbəsinə dəvət etmişlər və üzərində olan mülki ov silahını götürmüşlər. Odur ki, Şəxs əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin böyük komandiri polis kapitani X4 izahat verib bildirdi ki, 22.04.2022-ci il tarixdə Şamaxı rayon Günəşli kənd ərazisində rayon polis PPXB-nin polis nəfərləri polis serjantı Əhmədli Emil və polis serjantı Həsən Hacıyev ilə birlikdə xidmətdə olan zaman həmin ərazidə yerləşən gölün kənarında bir nəfər şəxsin olduğunu görmüşlər və ona yaxınlaşdıqda üzərində tək lüləli mülki ov silahının olduğunu aşkar etmişlər. O və onun yanında olan əməkdaşlar vətəndaşa yaxınlaşaraq özlərini təqdim etmişlər və onun üzərində olan mülki ov silahına dair sənədlərini təqdim etməyini tələb etdikdə məlum olmuş ki, vətəndaşın silaha dair heç bir sənədi yoxdur. Sonra onlar vətəndaşı barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. Məlum olmuş ki, həmin şəxs Şamaxı rayon Günəşli kəndində qeydiyyatda olan və yaşayan 1986-cı il təvəllüdlü Şəxsdur, barəsində qanuna uyğun tədbir görülməsi üçün raportla aidiyyəti üzrə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfərləri, polis serjantları X5 və X1 RPŞ-nin PPXB-nin böyük komandiri polis kapitani X4 ilə eyni məzmunlu izahat vedi. İş materiallarında olan 22.04.2022-ci il tarixli götürmə protokolundan görünür ki, 22.004.2022-ci il tarixdə PPXB-nin böyük komandiri polis kapitani X8 rayonu, Günəşli kənd ərazisində xidmətdə olan zaman Şəxs üzərində aşkar etdiyi və barəsində tərtib etdiyi raportu əsasında 1(bir) ədəd qanunsuz İj markalı, 16 kalibrli, AB 7272 nömrəli ov silahı və 1 (bir) ədəd patron götürülərək silah saxlanc yerinə təhvil verilmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun və iş üzrə izahat vermiş şahidlərin izahatları ilə yanaşı, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və əməlindən səmimi şəkildə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsinin və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, 80(səksən) manat məbləğində cərimə edilsin. 1(bir) ədəd İj markalı, 16 kalibrli, AB 7272 nömrəli ov silahı və 1 (bir) ədəd patron dövlət mülkiyyətinə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar