Məhkəmə qərarları › İş №3(074)-120/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-120/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-120/2024 29.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, X2 18 dekabr 2023-cü il tarixli, EQ 18573255 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək EQ 18573255 nömrəli 18 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Heydər Əliyev prospektində, Şamaxı Rayon İcra Hakimiyyətinin qarşısında olan parkın qabağında, piyada səkisinə paralel, yolun sağ kənar hissəsində ona məxsus idarə etdiyi **-EM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəmi saxlamışdır. Həmin vaxt barəsində İXMnin 346.1 maddəsi-Dayanma qaydalarını pozmağa görə EQ18573255 nömrəli Elektron Qərar tərtib edilmişdir. X12 X6 52-ci maddəsinin 4-cü hissəsinin 10-cu bəndinin tələbinin pozulması göstərilmişdir. Yəni 3.27 qadağanedici nişanın tələbinin pozulması. X10 ilə razı deyildir. Belə ki, Yol X6 64-cü maddəsinin 6-cı hissəsində deyilir- 3.27 nişanın qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədərdir. **-EM-*** nömrəli nəqliyyat vasitəsi Yol X6 52 maddəsinin 1-ci hissəsinin və həmin maddənin 4-cü hissəsinin 6-cı bəndinin tələblərinə uyğun olaraq dayanmış və heç bir qayda pozuntusu yaratmamışdır. Xahiş edir həmin şəraiti vizual olaraq qeydə alan təhlükəsiz şəhər kameralarının, Yol Patrul Xidməti avtomobilinin bort kompüterindəki görüntülərinə baxış keçirilməsi və barəsində tərtib olunan EQ18573255 nömrəli Elektron Qərarın ləğv olunmasına dair müvafiq qərar verilsin. İnzibati xəta haqqında iş baxılmağa hazırlanarkən müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, iş materiallarından görünür ki, 18 dekabr 2023-cü il tarixli EQ 18573255 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Şikayətin məzmunundan görünür ki, şikayət X5 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından görünür ki, 18 dekabr 2023-cü il tarixli EQ 18573255 nömrəli inzibati tənbeh vermə haqqında qərar həmin gün X1 şəxsi kabinetinə yerləşdirilmişdir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Yuxarıda qeyd edilən qanunvercilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırki şikayət ilə mübahisələndirilən EQ 18573255 nömrəli 18 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar X4 barəsində qəbul edilmiş, lakin həmin inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən şikayət verilmişdir. Eyni zamanda X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürülmüş, buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, EQ 18573255 nömrəli 18 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət buna hüququ olmayan şəxs tərəfindən verildiyindən, eyni zamanda inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən şikayətə baxılmasından imtina edilməli, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 EQ 18573255 nömrəli 18 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmasından imtina edilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar