Məhkəmə qərarları › İş №3(074)-121/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-121/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-121/2022 25.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Rusiya Federasi. Kalmık ASSR anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, 2-ci Cabanı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Şamaxı rayonu 2-ci Cabanı kəndində Şəxs Calal adlı şəxsi təhqir etmiş, onun barəsində rüsvayedici məlumat yaymışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, qonşuluğunda yaşayan Calal adlı şəxsin evinə bir neçə dafə iş görmək məqsədi ilə getmişdir. Təxminən 3 il bundan əvvəl qonşusu Calalın həyat yoldaşı Roza dişlərini Şamaxı şəhərində düzətdirirmiş, ondan xahiş etmiş ki, onu Şamaxı şəhərinə diş həkiminə aparsın, o da razılaşıb arada Rozanı və qızını Şamaxıya gətirirmiş. Sonra 3 il bundan əvvəl Calal kəndə söz yaymış ki, o, onun həyat yoldaşı ilə gəzir. Buna görədə o, Rozanın telefon nömrəsini silmiş və Rozaya bir daha zəng etməmişdir. Calalın dediyi sözlər hamısı yalandır. O, Calalın həyat yoldaşı Rozaya qarşı heç bir nalayiq ifadələr işlətməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, təxminən 1 il bundan əvvəl qonşuluqda yaşayan Qafur adlı şəxsin onların evinə tez-tez gəldiyini görmüşdür. O, Qafura nə səbəbə onun evinə o evdə olmayanda gəldiyini soruşmuş, lakin Qafur ona heç bir söz demədən evdən çıxıb getmişdir. Yenidən evə gəldikdə Qafurun evdə olduğunu görürmüş, bu hal bir neçə dəfə təkrar olunmuşdur. Həyət yoldaşı Roza Qafurla birlikdə avtomaşına minərək Şamaxı şəhərinə gəlirmişlər. Bir neçə dəfə bu barədə Qafurun atası Kirmana bu barədə bildirsə də o belə işin ola bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verib bildirdi ki, həyat yoldaşı Calal içki içdiyinə görə evdə aralarında mübahisələr olurmuş, qonşuluğunda yaşayan Qafar adlı şəxsi tanıyır. Bir neçə il bundan əvvəl onunla birlikdə Şamaxı şəhərinə dişlərini düzəlmək üçün gəlmişdir. Ara-sıra Qafur onlarla qonşu olduğu üçün onların evinə gəlmiş, onlarla söhbət etmişdir. Dişlərini düzəltmək üçün Qafurla telefon əlaqəsi saxlamışdır. Təxminən 3 ilə yaxındır ki, Qafur adlı şəxs nə onlara gəlmiş, nə də əlaqə saxlamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə olan inzibati materiala xitam verilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai yerdə ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibini yaratmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın baş verdiyi yer, vaxtı, saatı, xətanın baş verdiyi yerin ictimai yer olması və hansı ictimai qaydanı pozması göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 510-cu əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar