Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-124/2022 04.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 14.08.1970-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 333.1, 510, 511.1.3 və 535.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 333.1, 510, 511.1.3 və 535.1-ci maddələri ilə MN № ******* və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs 04.05.2022-ci il tarixdə 11:00 radələrində “Ford" markalı **-EM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin ziq-zaq vari hərəkətlərlə yolun əks istiqamətinə çıxmasını və davamlı olaraq qəza şəraiti yaratmış, nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla onun tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə avtoxuliqanlıq etmişdir. Eləcə də, Şamaxı şəhəri, N.Nərimanov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 04.05.2022-ci il tarixdə təxminən 10:00 radələrində Şamaxı rayonu Muğanlı kəndinə heyvan almaq məqsədi ilə getmiş, heyvanı alıb geri qayıdarkən, kənddə olan mağazaların birindən yemək almış və bir litr spirtli içki almış, avtomobildə oturaraq işçisı Əlqardaş ilə yemək yeyərkən hər ikisi spirtli içki qəbul etmiş və daha sonra Şamaxı şəhəri istiqamətinə yola düşmüşlər, avtomobili o idarə etmiş, Qaravəlli kəndi yaxınlığında post patrul avtomobili xarici işıq cihazı vasitəsi ilə ona “dayan” işarəsi verilmiş, lakin o, avtomobili bilərəkdən saxlamamış və hərəkətə davam edərək, Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 67 ünvanında yerləşən evinin qarşısına gələrək avtomobili saxlamış, avtomobili saxladıqdan sonra yerə düşən kimi sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi polis əməkdaşı ona şillə atmışdır. İşçisi Əlqardaş da avtomobildən yerə düşmüş və oğlu Mehman işlədiyi ət mağazasından gələrək həmin yerə yaxınlaşmışlar və onlarıda polis əməkdaş Zərərçəkmiş şəxs döymüşdür. İşçisı Əliqardaş həmin vaxt söyüş söydüyü üçün özü əli ilə onu dodağından vurmuşdur ki, sakit dursun. Həmin vaxt ətrafa kimlərinsə toplaşmasını xatırlamır. Eyni zamanda bildirdi ki, o heç bir tabesizlik etməmiş, sadəcə sərxoş vəziyyətdə avtomoili idarə etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs heç bir xuliqanlıq, eləcə də, heç bir polis əməkdaşlarına tabesizlik etməmişdir. Sadəcə sərxoş vəziyyətdə avtomoili idarə etmişdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şamaxı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 04.05.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Şamaxı rayonu Muğanlı kəndi ərazisində RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şaban Əmrahov ilə birlikdə dislokasiya üzrə xidmətdə olarkən, “Ford" markalı **-EM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin ziq-zaq vari hərəkətlərlə yolun əks istiqamətinə çıxmasını və davamlı olaraq qəza şəraiti yaratmasını görüb bu barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat vermişlər və avtomobilə “dayan” əmri vermişlər, lakin avtomobilin sürücüsü onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, Şamaxı rayonu Muğanlı dairəsindən Şamaxı şəhərinədək sürücü avtomobili ziq-zaqvari hərəkətlərlə sürərək davamlı qəza şaraiti yaratmışdır, sürücü avtomobili Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 67 ünvanında evin qarşısında saxlamış, daha sonra adı sonradan onlar məlum olmuş sürücü Şəxs və adı sonradan onlara məlum olan sərnişin Haqverdiyev Əliqardaş avtomobildən düşərək küçədə onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışlar, onları dəfələrlə intizama dəvət etsələrdə onlar, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ictimai yerdə nalayiq ifadələr işlətməyə davam etmişlər və onlara əl-qol hərəkətləri atmışlar, daha sonra adı sonradan onlara məlum olan X9 işlədiyi ət mağazasından çıxaraq o da onlara qarşı nalayiq ifadələr işlətməyə başlamış, onlar onuda dəfələrlə intizama dəvət etsələrdə oda onların qanuni tələblərinə məhəl qoymayaraq ictimai yerdə nalayiq ifadələr işlətməyə davam etmiş, daha sonra onlar hər üç şəxs barələrində araşdırma aparılması məqsədi ilə Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. Mehman və Əlqardaş onlar Salmanı polis maşınına mindirmək istəyərkən onlara söyüş söyərək mane olmuşlar. Bundan başqa Mehman onu təpiklə vurmuşdur. Hadisə küçədə olduğundan ətrafa insanlar toplaşaraq onlara tamaşa etmişlər. Onları şöbəyə gətirdikdən sonra onlar yenə də polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməkdə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X10 şahid Şamaxı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon yol patrul xidməti baş inspektoru X6 izahat verib bildirdi ki, 04.05.2022-ci il tarixdə “Ford" markalı **-EM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin ziq-zaq vari hərəkətlərlə yolun əks istiqamətinə çıxmasını və davamlı olaraq qəza şəraiti yaratması barədə məlumat daxil olmuşdur. Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 67 ünvanında evin qarşısında saxlamış, daha sonra sürücü Şəxs nalayiq ifadələrin işlətməsini eşitməmiş, amma onun oğlu X9 işlədiyi ət mağazasından çıxaraq o da onlara qarşı nalayiq ifadələr işlətməyə başlamış, onlar onuda dəfələrlə intizama dəvət etsələrdə oda onların qanuni tələblərinə məhəl qoymayaraq ictimai yerdə nalayiq ifadələr işlətməyə davam etmiş, daha sonra onlar hər üç şəxs barələrində araşdırma aparılması məqsədi ilə Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verib bildirdi ki, 04.05.2022ci il tarixdə təxminən saat 10:00 radələrində Şamaxı rayonu Muğanlı kəndinə Şəxs ilə birlikdə heyvan almaq məqsədi ilə getmişlər, heyvan alıb geri qayıdarkən Şəxs ilə birlikdə avtomobildə oturub yemək yemişlər və yemək yeyərkən hər ikisi spirtli içki qəbul etmişlər, daha sonra onlar Şamaxı istiqamətində yola düşmüşlər, avtomobili Şəxs idarə edib, təxminən Meysəri kəndi yaxınlığında post patrul avtomaşını onlara “dayan” işarəsi vermiş, lakin Şəxs avtomobili dayandırmamış, onlar ünvan 2 ünvana çatanda evin qarşısında Şəxs avtomaşını saxlamış, onlar avtomaşından düşən kimi adının sonradan bildiyi polis əməkdaşı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onu vurmuşdur, o, orada heç bir nalayiq ifadələr işlətməmiş, daha sonra Mehman həmin hadisə yerinə yaxınlaşmış və nə olduğunu soruşmuş, bu zaman polis əməkdaşları onuda onlarla birlikdə rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verib bildirdi ki, 04.05.2022ci il tarixdə təxminən saat 11:00 radələrində atasına məxsus ət mağazasında olan zaman atası “Ford” markalı avtomobil ilə gələrək evlərinin qarşısında saxlamış və onun ardı ilə polis əməkdaşları gəlmiş, sonradan adını bildiyi polis əməkdaşı Zərərçəkmiş şəxs atasına yaxınlaşaraq şillə atmış və həmin vaxtı o, oraya yaxınlaşmış “nə olub, nə məsələdir” deyə soruşmuş, bu zaman polis əməkdaşı Zərərçəkmiş şəxs onu da vurmuşdur. Daha sonra onları rayon Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 04.05.2022-ci il tarixdə saat 13:53 radələrində X7 qanında alkoqolun konsentrasiyasının həcmi 0,6596 litrdir. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs 04 may 2022-ci il tarixli raportundan görünür ki, 04.05.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Şamaxı rayonu Muğanlı kəndi ərazisində RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şaban Əmrahov ilə birlikdə dislokasiya üzrə xidmətdə olarkən, “Ford" markalı **-EM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin ziq-zaq vari hərəkətlərlə yolun əks istiqamətinə çıxmasını və davamlı olaraq qəza şəraiti yaratmasını görüb bu barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat vermişlər və avtomobilə “dayan” əmri vermişlər, lakin avtomobilin sürücüsü onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, Şamaxı rayonu Muğanlı dairəsindən Şamaxı şəhərinədək sürücü avtomobili ziq-zaqvari hərəkətlərlə sürərək davamlı qəza şaraiti yaratmışdır, sürücü avtomobili Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 67 ünvanında evin qarşısında saxlamış, daha sonra adı sonradan onlar məlum olmuş sürücü Şəxs və adı sonradan onlara məlum olan sərnişin X2 avtomobildən düşərək küçədə onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışlar, onlar onları dəfələrlə intizama dəvət etsələrdə onlar, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ictimai yerdə nalayiq ifadələr işlətməyə davam etmişlər və onlara əl-qol hərəkətləri atmışlar, daha sonra adı sonradan onlara məlum olan X9 işlədiyi ət mağazasından çıxaraq oda onlara qarşı nalayiq ifadələr işlətməyə başlamış, onlar onuda dəfələrlə intizama dəvət etsələrdə oda onların qanuni tələblərinə məhəl qoymayaraq ictimai yerdə nalayiq ifadələr işlətməyə davam etmiş, daha sonra onlar hər üç şəxsi barələrində araşdırma aparılması məqsədi ilə Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı X5 əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə, dindirilmiş şahid ifadələrində X9 tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməsi faktı öz təsdiqini tapmamış və məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq X5 təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 535.1, 511.1.3-cü maddərində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 535.1, 511.1.3-cü maddələri ilə təqsirli bilinməli və İXM-nin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1, 535.1, 511.1.3-cü maddələri ilə yanaşı, həmçinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon X13 X16 göndərilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43,114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon X13 X16 göndərilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-124/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-124/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver