Məhkəmə qərarları › İş №3(074)-124/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-124/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-124/2023 11.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şamaxı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və təqdim edilmiş material natamamdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3 və 100.1.5-ci maddələrinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi və inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. İş materiallarında olan İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, 11:30 radələrində Şamaxı şəhəri, Gənclər küçəsində idarə etdiyi “Mercedes Benz” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sərnişin daşıma fəaliyyəti həyata keçirən zaman, qanuni tələbləri pozaraq, lazım olan sənədləri təqdim etməkdən imtina etmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokoldan göründüyü kimi, xətanın mahiyyəti kimi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş tələb olunan sənədlərin təqdim edilməməsi qeyd olunsa da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Eyni zamanda, protokolda Şəxs fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Həmçinin, inzibati xəta haqqında materiala əlavə olunmuş Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materialların səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildiyi, protokol və digər sənədlərin düzgün tərtib olunmadığı, yaxud təqdim edilmiş materialların natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı müəyyən edildikdə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar