Məhkəmə qərarları › İş №3(074)-127/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-127/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-127/2022 13.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şamaxı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Sabirabad rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 03.04.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 03.04.2022-ci il tarixdə saat 11:28 radələrində Sabirabad rayonu, Heydər Əliyev prospekti 124 ünvanında Shacman SX331 YÜK markalı, ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat nişanını çətinləşdirən örtüklərdən və qurğulardan istifadə edilməsi halına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarında olan 03.04.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs onun işinə yaşadığı Şamaxı rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Lakin inzibati xəta haqqında materiala Şəxs Şamaxı rayonu ərazisində yaşaması barədə heç bir sənəd əlavə edilməmiş və həmçinin belə bir sənəd məhkəmə iclasında təqdim edilməmişdir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan görünür ki, Şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Şamaxı rayonu ərazisində yaşaması təsdiqini tapmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən işə aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsində baxılmalı olduğundan iş aidyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş aidiyyatı üzrə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar