Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-13/2025 06.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun Şamaxı rayou Çuxuryurd kəndi ərazisində kənd təsərrüfatı təyınatlı 0,12 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0,07 ha hissəsi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixli ********** saylı reyestrlə dövlət qeydiyyatına alınmışdır. Qalan hissəsi bələdiyyə qərarı əsasında onun sahibliyində və istifadəsindədir. 0,07 ha sahədə təsərrüfat təyinatlı dəmir konstruksiyadan bina quraşdırmışdır. Həmin konstruksiyalı bina daşına bilən binadır, istənilən vaxt bütöv halda başqa yerə köçürülməsi mümkündür. Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi 09 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar verərək onun həmin mülkiyyətində olan torpaq sahəsində guya fərdi yaşayış evi inşa edərək torpaq sahəsini məqsədli təyinatdan kənar istifadə etdiyini göstərmişlər və 500 manat cərimə etmişlər. O, həmin qərarı qanunsuz hesab edir. Həmin sahədə heç bir yaşayış evi inşa etməmiş, təsərrüfat təyinatlı dəmir konstruksiyanı tam şəkildə sökülmədən digər yerə daşınması mümkün olan bina tikmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında həmin qərar əsassızdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin 09 dekabr 2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqənda qərarı ləğv olunmalıdır. Qərarın surətini poçt vasitəsi ilə xx.xx.2024-cü ildə almışdır. Məhkəmə iclasında iştirak edən X6 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsində ağac əkmək üçün istifadə etdikləri əşyaların yığılamsı üçün ay yarım olar ki, dəmirdən düzəldilmiş ev tikmişdir. Həmin dəmirdən düzəldilmiş ev mülkiyyətində olan 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X1 ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək torpaq sahəsinin məqsədli təyinatından kənar istifadə etmişdir. Fiziki şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-3-26/3-1982/2024 saylı xəbərdarlıqdan görünür ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnamə” ilə müəyyən edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən müafiq icra hakimiyyəti orqanının müfəttişləri tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********29 nömrəli çıxarışa əsasən sizə məxsus 0.07 ha kənd təsərrüfat təyinatlı əkin torpaq sahəsinin bir hissəsində tikinti işlərinin aparılması halı aşkarlanmışdır. Buna əsasən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə barənizdə 23 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, X4 mülkiyyətində olan Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində dəmir konstruksiyalı tikili inşa edilmişdir. Bununla da X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunudir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-151-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-13/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-13/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver